...

Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Fevral 2009 17:56 (UTC +04:00)
Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Azərbaycan, Bakı, 24 fevral / Trend , müxbir N.İsmayılova / Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Milli Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə olan rəsmi məzənnəsi 0,00078 bənd ucuzlaşıb (0,078 faiz). Keçən həftə orta məzənnə 1 ABŞ dollarına 0,80624 manat səviyyəsində müəyyən olunub.

Manata münasibətdə dolların maksimum məzənnəsi fevralın 17-18-də 1 ABŞ dolları üçün 0,8063 manat səviyyəsində müəyyən olunub.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi

9 fevral

0,8077

16 fevral

0,8062

10 fevral

0,8077

17 fevral

0,8063

11 fevral

0,8070

18 fevral

0,8063

12 fevral

0,8065

19 fevral

0,8062

13 fevral

0,8062

20 fevral

0,8062

Həftə ərzində orta

0,80702

Həftə ərzində orta

0,80624

Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası valyuta birjasının alış-verişi nəticəsində birja məzənnəsi 0,00078 bənd (0,078 faiz) ucuzlaşıb. Orta məzənnə 1 ABŞ dollarına 0,80624 manat səviyyədə müəyyən olunub.

Ötən həftə BEST-də həmin gün valyutalaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): fevralın 16-da 0,8062 AZN/USD məzənnəsi ilə $29,55 mln., fevralın 17-də 0,8063 AZN/USD məzənnəsi ilə $94,23 mln., fevralın 18-də 0,8063 AZN/USD məzənnəsi ilə $41,265 mln., fevralın 19-da 0,8062 AZN/USD məzənnəsi ilə $13,875 mln. və fevralın 20-də 0,8062 AZN/USD məzənnəsi ilə $19,45 mln.

ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi

9 fevral

0,8077

16 fevral

0,8062

10 fevral

0,8077

17 fevral

0,8063

11 fevral

0,8070

18 fevral

0,8063

12 fevral

0,8065

19 fevral

0,8062

13 fevral

0,8062

20 fevral                           

0,8062

Həftə ərzində orta

0,80702

Həftə ərzində orta

0,80624

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN alətləri üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.

Özəlləşdirmə çeklərinin qiyməti yüksək səviyyədə - 25-26 manat səviyyəsində çox davam gətirmədi. Üç həftə öncə qiymətlərin kəskin artmasından (67 faiz) sonra vauçerlərin qiyməti yenidən düşməyə başlayıb. Bütün həftə ərzində vauçerlərin qiyməti stabil qalıb və 17 manat təşkil edib.

Özəlləşdirmə çeklərinin istifadə müddəti 2010-cu il yanvarın 1-dək müəyyən olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti