...

Özbəkistan və Türkmənistan prezidentləri birgə kommünike imzalayıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Fevral 2009 13:55 (UTC +04:00)

Özbəkistan, Daşkənd, 25 fevral / Trend , müxbir T.Jukov/

Özbəkistan prezidentinin Durmen iqamətgahında Özbəkistan və Türkmənistan prezidentləri İslam Kərimov və Qurbanqulı Berdiməhəmmədov arasında danışıqlar başa çatıb. Danışıqların yekunu üzrə birgə kommünike imzalanıb.

Danışıqlar zamanı enerji daşıyıcılarına artan tələbat və dünya maliyyə böhranı şəraitində səylə davam etdiriləcək əməkdaşlıq məsələləri müzakirə olunub.

Danışıqlar açıq şəkildə aparılıb. Görüşdə Özbəkistan və Türkmənistandan tranzit yük daşınmaları məsələlərinə də toxunulub.

Prezidentlər həmçinin ötən il yük həcmlərinin 2,5 mln. ton artdığını da vurğulayıblar.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti