...

Gürcüstan və Azərbaycan Dövlət Dəmir Yol idarələri xüsusi konteyner yük daşımalarının həyata keçirilməsi üzrə razılığa gəliblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Mart 2009 13:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 mart / Trend , müxbir E.İsmayılov /

"Gürcüstan və Azərbaycan Dövlət Dəmir Yol idarələri (ADDY) Gürcüstanın Poti limanından Bakıya xüsusi konteyner yük daşımalarının həyata keçirilməsi ilə bağlı şərtləri razılaşdırıblar", - çərşənbə axşamı ADDY-dəki mənbə məlumat verib. Bu barədə normativ sənəd artıq imzalanıb.

"Bu məsələ artıq razılaşdırılıb, ancaq reyslərin həyata keçirilməsi üçün vaqonların yüklənməsi lazımdır və bu məhz bu səbəbdən bu reyslərə start verməmişik. Bu layihənin nəticə verməsi üçün bizə müəyyən həcmdə yük lazımdır", - mənbə bildirib.

Onun sözlərinə görə, bu qatarların hərəkəti ilə bağlı bütün məsələlər artıq razılaşdırılıb. Cəmi iki qatar işləyəcək (biri Gürcüstan, digəri Azərbaycan tərəfdən). Bununla yanaşı qatarların hərəkət qrafiki və vaxtı da razılaşdırılıb, qatarların hərəkət istiqamətləri və daşınmaların necə həyata keçiriləcəyi müəyyən edilib.

"Biz bu layihənin realizəsini həm də böhrana görə gecikdirmişik, çünki əlavə müzakirələr tələb edən bir sıra məsələlər var", - mənbə qeyd edib.

Layihənin başlanma vaxtı hələ müəyyən edilməyib, ancaq bu istiqamətdə qatarların hərəkəti üçün hər şey hazırdır. Bununla yanaşı, Gürcüstandan Mərkəzi Asiyaya yüklərin tranziti variantı da razılaşdırılıb. "Bu məqamlar da artıq müzakirə edilib", - mənbə bildirib.

ADDY-ə aid əsas dəmir yolunun ümumi uzunluğu 2950,6 kilometr, istismar olunan xəttlərin uzunluğu isə 2122 kilometrdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti