...

Dövlət xəzinəsinin avtomatlaşdırılması səviyyəsi Maliyyə Nazirliyini qane etmir – nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Mart 2009 15:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 mart / Trend , müxbir İ.Xəlilova /

"Dövlət Xəzinə Agentliyinin avtomatlaşdırılması Azərbaycanın Maliyyə Nazirliyi qane etmir", - maliyə naziri Samir Şərifov bildirib.

"Biz sistemi SAP şirkəti tərəfindən xəzinə üçün tətbiq edilmiş sistemli təkmilləşdirməyə çalışırıq ki, gələcəkdə sistemimiz yüksək standartlara cavab versin", - deyə nazir qeyd edib.

Onun sözlərinə əsasən, xəzinənin avtomatlaşdırılması prosesi bir neçə ildir ki keçirilir. Hazırda bəzi rayonlarda avtomatlaşdırılmış xəzinə sistemi pilot rejimdə fəaliyyət göstərir, lakin "hazırkı proses də bizi tam qane etmir", - deyə Şərifov bildirib.

"Ölkənin xəzinə sisteminin təkmilləşdirilməsi xərclərinin ümumi həcmi dəqiqləşdirilməyib, belə ki, bu təkcə Bakını deyil, həmçinin ölkənin bütün regionlarını əhatə edən böyük prosesdir", - deyə Şərifov qeyd edib.

Əvvəlcədən bildirildiyi kimi, 2008-ci ildə SAP şirkəti tərəfindən tətbiq edilmiş xəzinədarlığın proqram təminatında problemlərin müşahidə olunması gözlənilirdi. Onların aradan qaldırılması məqsədilə proqromist ştatlarının genişləndirilməsi ilə yanaşı, SAP şirkətinin mütəxəssisləri də dəvət olunmuşdu.

Xəzinənin avtomatlaşdırılması dövlət sektoru təşkilatlarının işinin təkmilləşdirilməsi və dövlət büdcəsinə nəzarət proqramı çərçivəsində həyata keçirilir. Bu isə aktual maliyyə informasiyasına daimi girişin olmasına şərait yaradacaq.

Xəzinənin tam avtomatlaşdırılması hesab və xəzinə əməliyyatları aparmağa şərait yaradacaq. Bunun nəticəsində də büdcə vəsaitlərinin xərclənməsi mexanizmi möhkəmlənəcək, büdcə əməliyyatlarının icra edilməsi tezləşdiriləcək və keyfiyyəti artacaq. Maliyə Nazirliyi hazırkı layihənin vacibliyini nəzərə alaraq Dövlət Xəzinəsinin mərkəzi serverlərini tamamilə yeniləşdirir və Bakı xaricində ehtiyat serverlər kompleksi yaradır.

Xəzinənin avtomatlaşdırılması dövlət ehtiyatlarına qənaət edilməsinə və büdcə vəsaitlərinin gizlədilməsi faktlarının aradan qaldırılmasına imkan yaradacaq.

MySAP ERP proqramlarının tətbiqi təkcə mühasibat hesablarının beynəlxalq prinsiplərinə keçməyə deyil, həmçinin vergi-büdcə sisteminin təkmilləşdirilməsinə şərait yaradacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti