...

"Qaradağ Sement" ASC öz məhsullarının qiymətini aşağı salıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Aprel 2009 12:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 aprel / Trend /

Bu gündən etibarən Azərbaycanın ən böyük sement istehsalçısı "Qaradağ Sement" ASC iqtisadi böhran şəraitində tikinti sənayesini dəstəkləmək məqsədilə birbaşa müştərilər üçün sementə olan qiyməti aşağı salıb:

Qalaq "Ekspert" sementi - 127 AZN/ton

Qalaq "Spesial" sementi - 115 AZN/ton

Kisə "Spesial" sementi - 131.6 AZN/ton

Kisə "Optimal" sementi - 120 AZN/ton

Həmçinin distribyutorlar üçün də sementin qiymətləri aşağı salınıb ki, bu da pərakəndə satış bazarında qiymətlərin aşağı düşməsi ilə nəticələnəcək.

Bundan əlavə, "Qaradağ Sement" ASC müştəri-yönümlü bir şirkət kimi, müştərilərin istəklərini nəzərə alaraq və onları saxta sementdən qorumaq üçün yeni qablaşdırmaya keçir və pərakəndə satış bazarı üçün sementi 40 kq-lıq kisələrdə istehsal etməyə başlayır. Endirim və qablaşdırma dəyişikliklərindən sonra, distribyutorların Bakı-Abşeron regionu üzrə pərakəndə satış bazarı üçün məsləhət-satış qiymətləri aşağıdakı kimidir:

Kisə "Optimal"sementi - 6.7 AZN/kisə

Kisə "Spesial" sementi - 7.5 AZN/kisə

Bundan əlavə, 23 Mart-30 Aprel 2009 tarixləri ərzində "Qaradağ Sement" ASC-nin istehsal etdiyi EKSPERT sementi - CEM II/A-P 42,5N (qalaq) bütün növ müştərilərə xüsusi endirimli qiymətlə - 118 AZN/ton qiyməti ilə təklif olunur.

Xəbər lenti

Xəbər lenti