...

Azerfon "Biznes sahəsində uğurlu fəaliyyət" diplomu ilə təltif olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Aprel 2009 17:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 aprel / Trend /

Azərbaycanın mobil rabitə operatoru Azerfon MMC (Nar Mobile ticarət nişanlı) biznesin inkişafı sahəsində göstərdiyi xidmətlərə görə diplomla təltif olunub. Şirkətin məlumatında bildirilir ki, abunə bazasının artımı, həmçinin təqdim edilən xidmətlərə abunəçilərin böyük marağı Azerfon-nun mobil rabitə sahəsindəki uğurlarından xəbər verir.

"Biznes Sahəsində Uğurlu Fəaliyyət" müsabiqəsi "Biznes Dünyası" analitik-iqtisadi jurnalı tərəfindən təşkil olunur.

Müsabiqənin əsas məqsədi ölkədə biznes inkişafının dəyəndirilməsi və Azərbaycanda biznesin inkişafı üğrunda öz töhfəsini verən şirkətləri təyin etməkdir.

Nar Mobile ölkənin GSM bazarının 20 faizinə sahibdir və Azərbaycan ərazisinin təqribən 80 faizini əhatə edir. Şirkət abunəçilərinin sayı 1,2 mln. nəfəri ötüb. Operator tərəfindən 71 ölkə ilə 123 rouminq, 46 ölkə ilə 69 GPRS rouminq sazişləri imzalanıb. Ölkə üzrə 600 satış nöqtəsi, o cümlədən 11 Nar Mobile Mərkəzləri fəaliyyət göstərir. Şirkət bir çox iri layihələr, o cümlədən 13 Tarif Planları, 14 müxtəlif kampaniya və 18 növ mobil xidmətlərini uğurla həyata keçirib.

Azerfon MMC əvvəllər İKT sahəsində İlin Şirkəti nominasiyasında Uğur mükafatına, İlin PR xidməti nominasiyasında Press-reliz yayım xidməti mükafatına, biznes sahəsində uğurlu fəaliyyətinə görə Biznes Dünyası jurnalı tərəfindən diplomla təltif olunub.

Azerfon MMC mobil rabitə xidmətləri göstərilməsi üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən 2005-ci ilin dekabrında lisenziya alıb. Şirkət öz kommersiya fəaliyyətinə 21 mart 2007-ci il tarixində başlayıb.

Xəbər lenti

Xəbər lenti