...

Azərbaycan BMK-dan milli səviyyədə qiymətləndirmə sisteminin qəbulu və tətbiqində yardım qəbul etməyə hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Aprel 2009 18:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 aprel / Trend /

Dünya Bankının qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyası (BMK) Azərbaycanda ilk daşınmaz əmlakın qiymətləndirilməsi sistemini yaratmağa kömək edib. Bu sistem əhaliyə kredit almaq üçün girov kimi daşınmaz əmlakdan istifadə etməyə imkan verəcək və yerli ipoteka bazarının inkişafını dəstəkləyəcək. BMK-nın məlumatında deyilir. Qiymətləndiricilərin sertifikatlaşdırılması qiymətləndirmə aparılması təcrübəsini yaxşılaşdırmaq və sistem risklərini azaltmaq üçün həyata keçirilir.

"Mülkiyyətin düzgün qurulmuş qiymətləndirmə sistemi qiymətləndiricilərin obyektivliyini təmin etməyə və onların peşəkarlıq səviyyəsini artırmağa imkan verəcək", - Azərbaycan və Mərkəzi Asiyada ipoteka bazarının ilkin inkişaf layihəsinin rəhbəri Viktor Mints deyib. Onun sözlərinə görə, bu sistem kreditorlar və borc alanlara qərar qəbul etmək üçün vacibdir.

"Sertifikatlaşdırma sisteminin yaradılması qiymətləndiricilərin bilik səviyyəsini qaldıracaq ki, bu da belə çətin vəziyyətdə xüsusilə vacibdir, - Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbəri İbrahim Quliyev deyib. - Biz milli səviyyədə qiymətləndirmə sisteminin qəbulu və tətbiqində BMK ilə gələcək əməkdaşlığı davam etdirməyə ümid edirik".

"Azərbaycanda bank kreditlərinin 70 faizində girov kimi daşınmaz əmlak verilib. Belə iqtisadi durumda girov qoyulmuş mülkiyyətin geri alınma hüququnun itirilməsi və ipoteka kreditlərinin restrukturizasiyası artmağa başlayacaq ki, bu da həm kreditorlar, həm də borc alanlar üçün qiymətləndirmə məsələsinin əhəmiyyətini gücləndirəcək", - məlumatda deyilir.

BMK dünyanın bütün regionlarında kasıblıqdan azad olmaq və insanların həyat şəraitinin yaxşılaşdırılması üçün imkanlar yaradır. Təşkilat özəl sektoru dəstəkləməklə, özəl kapitalı fəallaşdırmaqla, şirkət və hökumətlərə məsləhət və risklərin azaldılması xidmətləri təklif etməklə inkişaf etməkdə olan ölkələrdə davamlı iqtisadi inkişafa yardım edir. 2008-ci maliyyə ili ərzində BMK 16,2 milyard dollar sərmayə qoyub ki, bu da ötənilki rəqəmdən 34 faiz çoxdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti