...

Azərbaycanda tikinti xərcləri azalıb – ekspert

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Aprel 2009 14:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 aprel / Trend , müxbir Ü.İsmayılova /  

"Əmlak bazarının iştirakçıları" İctimai Birliyindən (İB) verilən məlumata əsasən, mart ayında Bakıda tikinti materiallarının qiyməti fevral ayına nisbətən orta hesabla 5,5% azalıb. 2008-ci ilin analoji dövründə qiymətlər 46,6%, ilin əvvəlində isə 6% azalıb.

Mart ayında İB 85 növ və 38 adda tikinti materialları üzrə monitorinq keçirib. Azərbaycanda istehsal olunan malların ümimi istehsalda həcmi 51,8% təşkil edib. 

Mart ayında şveller 9,5%, dəmir laylar 4,6%, şüşə 3,3%, mismar 17,3%, sink təbəqə 1,1%, yapışqan 11,1%, sement 33,7% ucuzlaşıb.

İB ekspertlərinin fikrincə, sementin qiymətinin azalması mənzil tikintisinin ümumi portfelində xərclərin azalması və strukturun dəyişilməsi ilə nəticələnib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti