...

Britaniyalı analitiklər AMB-nin faiz dərəcəsinin növbəti dəfə azalmasını gözləyirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Aprel 2009 18:52 (UTC +04:00)
Britaniyalı analitiklər AMB-nin faiz dərəcəsinin növbəti dəfə azalmasını gözləyirlər

Azərbaycan, Bakı, 29 aprel / Trend , müxbir А.Bədəlova / 

İqtisadi tədqiqatlar üzrə Capital Economics Britaniya konsaltinq şirkətinin analitikləri Avropa Mərkəzi Bankının (AMB) baza faiz dərəcəsinin gələn həftə keçiriləcək iclasında növbəti azalmasını gözləyirlər.

"Biz faiz dərəcəsinin bir faizə qədər enməsini gözləyirik. Ancaq iqtisadiyyatın dəstəklənməsi üçün mövcud tədbirlərə hələ də ehtiyac var. Biz hesab edirik ki, AMB gələn həftə yeni qeyri-ənənəvi tədbirləri elan edəcək", - şirkətin analitiklərinin məruzəsində deyilir.

Aprelin əvvəlində AMB-nin baza faiz dərəcəsi rekord rəqəmə - illik 1,25 faizə endirilib. AMB-nin şura üzvü Qay Kvodenin bir müddət əvvəl verdiyi məlumata görə, çox güman ki, bank qarşıdakı iclas zamanı faiz dərəcəsini mülayim şəkildə azaldacaq.

Bir müddət əvvəl Financial Times FES-in ötən iclasına hazırlanmış gizli analitik məktuba istinadən məlumat verib ki, Amerika iqtisadiyyatının ideal uçot dərəcəsi cari durumda mənfi beş faiz olardı. Analiz Teylor qaydası deyilən əsasla hazırlanıb. O, uçot dərəcəsinin işsizlik və inflyasiya dərəcəsi funksiyasını yerinə yetirdiyi zaman işə düşür.

Bu gün ABŞ-ın Federal Ehtiyat Sisteminin (FES) baza faiz dərəcəsi üzrə qərarının açıqlanması gözlənilir. 

"Əlbəttə, Mərkəzi Bank faiz dərəcəsini sıfırdan aşağı sala bilməz. Ancaq bu hesablamalar iqtisadiyyatın stimullaşdırılması üçün qeyri-ənənəvi tədbirlərin artırılmasını göstərir", - məruzədə deyilir.

Hazırda Avropa Mərkəzi Bankı müddəti altı aydan başlayaraq möhkəmləndirilmiş faiz dərəcəsi ilə məhdudiyyətsiz likvidlik həcmi tədqim edir.

Bankın analitikləri hesab edir ki, banklara verilən böyükhəcmli borclar iqtisadiyyatın dəstəklənməsi üçün yetərli deyil.

Bankların balans hesabatının qeyri-likvid aktivlərlə mütəmadi qarışdırılması onların inam dərəcəsinə AMB-nin verdiyi borclardan daha çox təsir edir", - analitiklər hesab edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti