...

Azərbaycan Dövlət Gömrük Komitəsi "donuz qripi"nin qarşısını almaq üçün profilaktik tədbirlər həyata keçirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 May 2009 13:07 (UTC +04:00)
Azərbaycan Dövlət Gömrük Komitəsi "donuz qripi"nin qarşısını almaq üçün profilaktik tədbirlər həyata keçirir

Azərbaycan, Bakı, 10 may / Trend , müxbir Ü.İsmayılova /

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) "donuz qripi"nin qarşısını almaq üçün gömrük-keçid məntəqələrində profilaktik tədbirlər həyata keçirir. Bu barədə bazar günü DGK-nin sədri Aydın Əliyev bildirib.

"Biz KİV vasitəsilə ictimaiyyəti gömrük məntəqələrindəki vəziyyət barədə daima xəbərdar edirik", - deyə Əliyev bildirib.

Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi nəzdində Dövlət Baytarlıq Xidməti tərəfindən "donuz qripi"nin qarşısının alınması üzrə aparılan monitorinqlər ölkə ərazisində A/H1N1 virusunun olmadığını aşkar edib.

Monitorinqlər ölkənin donuzçuluq təsərrüfatlarında aparılıb və laboratoriya araşdırmaları üçün 388 qan nümunəsi götürülb.

"Onların heç birində virus daşıyıcısı aşkar edilməyib", - deyə DGK-dən bildiriblər.

Ölkədə donuzçuluq təsərrüfatları Qəbələ, Zaqatala, Şəki, Balakən rayonlarında, Gəncə şəhərində və Abşeron yarımadasında yerləşir.

DGK-dən bildiriblər ki, ölkə ərazisində virusayoluxma təhlükəsini nəzərə alaraq iyunun 1-dən analoji monitorinqlərə başlanılacaq.

Bu gün Amerika və Avropa qitələrindən heyvandarlıq məhsullarının Azərbaycana gətirilməsinə qoyulan müvəqqəti qadağa qüvvədədir.

Ölkədə "donuz qripi" üzrə profilaktik tədbirlər məqsədilə bütün donuzçuluq təsərrüfatları qapalı yerlərə keçirilib, regionlarda baytarlıq idarələrinin işi gücləndirilib və vəziyyətə nəzarət bu qurumların rəhbərlərinə tapşırılıb.

Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abbasovun sözlərinə görə, bu gün Azərbaycanda "donuz qripi" virusu ilə bağlı epizodik vəziyyət sabitdir. Virusun ölkəyə keçməsinin qarşısını almaq məqsədilə həm Kənd Təsərrüfatı Nazirliyi, həm də əlaqələndirici dövlət orqanları tərəfindən bütün lazımi tədbirlər həyata keçirilir.

"Donuz qripi" virusu dünyanın 21 ölkəsində qeydə alınıb və Azərbaycanın bu ölkələrlə idxal-ixrac əməliyyatlarının aparılmasına qadağa tətbiq edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti