...

Qafqaz və Mərkəzi Asiyada ÜDM-in ən yüksək artımı Azərbaycanda proqnozlaşdırılır – BVF

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 May 2009 19:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 may / Trend , müxbir A.Bədəlova /

Beynəlxalq Valyuta Fondu (BVF) 2010-cu ildə Qafqaz və Mərkəzi Asiyada ÜDM-in ən yüksək artımının 12,3% həcmində Azərbaycanda olacağını proqnozlaşdırır. Bu barədə BVF-nin may icmalında deyilir.

ÜDM üzrə sıfır artım 2010-cu ildə Ermənistanda gözlənilir. Fondun proqnozlarına əsasən, Gürcüstanda ÜDM-in artımı 3%, Qazaxıstanda 1,5%, Qırğızıstanda 2,9%, Tacikistanda 3%, Türkmənistan və Özbəkistanda 7% təşkil edəcək.

BVF-nin məlumatına əsasən, 2010-cu ildə Azərbaycanda inflyasiyanın həddi birrəqəmli olacaq (7%). BVF-nin proqnozuna görə, gələn il inflyasiya həddi Gürcüstanda 6,5%, Ermənistanda 7,2%, Qazaxıstanda 8,7%, Tacikistanda 11,5%, Türkmənistanda 8%, Özbəkistanda 9,5% təşkil edəcək.

BVF-nin məlumatına görə, 2009-cu ildə Azərbaycanda pul kütləsinin artımı 21% təşkil edəcək ki, bu da Qafqaz və Mərkəzi Asiya regionunda ən yüksək göstəricidir. BVF pul kütləsinin artımı ilə əlaqədar ən aşağı proqnozu Qırğızıstanla bağlı açıqlayıb - 0,6%. Proqnoza əsasən, Ermənistanda bu il pul kütləsinin artımı 2,3%, Gürcüstanda 9%, Qazaxıstanda 17,1%, Tacikistanda 8,3%, Türkmənistanda 11,9%, Özbəkistanda 20,4% olacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti