Bakı-Tbilisi-Qars layihəsi regionun nəqliyyat potensialını artıracaq: Azərbaycan Dövlət Dəmiryol İdarəsinin rəisi ilə müsahibə

Bakı-Tbilisi-Qars layihəsi regionun nəqliyyat potensialını artıracaq: Azərbaycan Dövlət Dəmiryol İdarəsinin rəisi ilə müsahibə

Azərbaycan, Bakı, 12 may / Trend , müxbir E.İsmayılov /

Azərbaycan Dövlət Dəmiryol İdarəsinin rəisi Arif Əsgərovla Trend -ın müsahibəsi

- Cari ildə dəmiryollarında nə kimi yenidənqurma işlərinin görülməsi planlaşdırılır?

 

- Bu gün ölkə nəqliyyat sisteminin əsas qollarından olan Azərbaycan Dövlət Dəmiryol İdarəsi (ADDİ) inkişaf mərhələsindədir. Bu geniş işlər, şübhəsiz ki, böyük siyasi xadim ümummilli lider Heydər Əliyevin şəxsi köməyi, dəmiryoluna daim qayğısı sayəsində mümkün olmuşdur. Sevindirici haldır ki, Azərbaycanda ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və modernləşdirilməsi prosesi Prezident İlham Əliyev tərəfindən daha intensiv şəkildə aparılır. ADDİ-də aparılan modernləşdirmə, yenidənqurma və bərpa işləri bu gün də davam etdirilməkdədir.

Cənubi Koreya ilə ADDİ arasında son illər genişləndirilən əlaqələr nəticəsində dəmiryol sisteminin yenidən qurulması, infrastrukturun yeniləşdirilməsi, yeni texnologiyaların tətbiqi nəticəsində xətlərin ötürücülük qabiliyyətinin və daşımaların sürətinin artırılması ilə bağlı təcrübələr mübadiləsi genişləndirilməkdədir. Koreyalı mütəxəssislər tərəfindən hazırlanmış Bakı-Böyük Kəsik dəmiryolu hissəsinin yenidən qurulması və yeni sürət qatarının xəttə buraxılması üzrə layihənin üçüncü variantının təqdimatı Nəqliyyat Nazirliyində reallaşmış və mütəxəssislər tərəfindən onun bir daha araşdırılması tövsiyə edilmişdir.

- Bakı-Tbilisi-Qars dəmiryolunun inşası istiqamətində hansı işlər aparılır?

- Bizim üçün mühüm əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Qars yeni dəmiryol bağlantısı layihəsinin reallaşması üzərində müvafiq işlərin görülməsi tarixi hadisələrdir. Region üçün mühüm əhəmiyyət kəsb edən "Bakı-Tbilisi-Qars yeni dəmiryol layihəsi"nin həyata keçirilməsi üzrə həm Gürcüstan, həm də Türkiyə ərazisində işlər davam etdirilir. Hazırda yolun Axalkələki-Kartsaxi (Türkiyə sərhədi) hissəsində yer yatağının hazırlanması və süni qurğuların inşası həyata keçirilir. Artıq "Marabda-Kartsaxi Dəmiryol" ASC-nin 2009-cu il üçün dəqiqləşdirilmiş büdcəsi təsdiq edilib.

Mayda Türkiyə tərəfinin təşəbbüsü ilə İstanbul şəhərində 3 ölkənin nəqliyyat nazirlərinin iştirakı ilə "Bakı-Tbilisi-Qars yeni dəmiryol layihəsi" üzrə Nəzarət Komitəsinin 1-ci iclası keçiriləcək. Bakı-Tbilisi-Qars dəmiryol xətti üzrə beynəlxalq layihənin həyata keçirilməsi və Bosfor boğazında dəmiryol tunelinin inşası Trans-Avropa və Trans-Asiya dəmiryol şəbəkələrinin birləşdirilməsini, yük və sərnişinlərin birbaşa olaraq Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxışını təmin etməklə yanaşı, region ölkələrin tranzit potensialının artmasına, Avropaya inteqrasiya proseslərinin sürətlənməsinə, Avropa Qonşuluq siyasəti çərçivəsində əməkdaşlığın daha da inkişafına, Azərbaycanın dövlət müstəqilliyi və suverenliyinin möhkəmlənməsinə, habelə ölkəmizin xarici iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edəcəkdir.

Bu layihənin həyata keçirilməsi iqtisadi səmərəlilik, sürət və vaxt tezliyi, təhlükəsizlik və etibarlılıq baxımından böyük əhəmiyyət kəsb edir. Gələcəkdə Avropa və Asiya ölkələrinə məxsus yüklərin bu dəmiryoluna cəlb edilməsi hər iki istiqamətdə intermodal və konteyner daşımalarının həcmini artacaq.

- ADDİ cari ildə nə qədər yük və sərnişin daşımağı planlaşdırır və ilin birinci rübünün nəticələri necədir?

- 2009-cu ilin birinci rübü ərzində nəqliyyat sektorunda əsas iqtisadi göstəricilərin yerinə yetirilməsi və infrastruktur layihələrinin sürətlə həyata keçirilməsi təmin edilib, dəmiryol ilə 4,7 milyon ton yük daşınıb. Bundan başqa yol təsərrüfatının, vaqon və lokomotiv parkının bərpası üzrə müxtəlif həcmli təmir işləri həyata keçirilib, 4,7 km yol əsaslı və 11,3 km yol orta təmir edilib, 1 ədəd elektrovoz və 3 ədəd teplovoz əsaslı təmir edilib, 1 ədəd elektrovoz isə modernizə olunub. 255 ədəd yük vaqonu və 13 ədəd sərnişin vaqonu əsaslı təmir olunmuş, 808 ədəd yük vaqonu və 68 ədəd sərnişin vaqonu depo təmirindən keçmişdir. Saatlı rayonuna dövlət büdcəsinin vəsaiti hesabına Araz çayı üzərində metal konstruksiyalı dəmiryol körpüsünün 88 metrlik ikinci aşırımı da dəyişdirilmiş və körpü istismara verilmişdir.

- Dövlət Dəmiryolunun inkişafı üzrə Dövlət Proqramı hansı işləri nəzərdə tutur və nə vaxt proqramın təsdiqi gözlənilir?

- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən Dövlət Dəmiryolunun infrastrukturunun yeniləşdirilməsi üçün tədbirlər müəyyən edilib və "Azərbaycan Dövlət Dəmiryolunun 2009-2013-cu illərdə inkişafına dair Dövlət Proqramı layihəsi" hazırlanıb. Proqramda Azərbaycan Dövlət Dəmiryolunun sürətli inkişafını təmin edən bütün məqamlar nəzərə alınıb. Vaqon və lokomotv parkının yeniləşdirilməsi, yol, elektrik təchizatı, işarəvermə, rabitə və s. təsərrüfatların əsaslı təmiri, sabit cərəyandan dəyişən cərəyana keçid, yüksək sürətli sərnişin qatarlarının istismara verilməsi, texniki vasitələrin modernləşdirilməsi və digər mühüm vəzifələr Dövlət Proqramında öz əksini tapıb. Dəmiryolunun imkanlarından tam istifadə etmək üçün effektiv nəqliyyat siyasəti aparmaq, sərhədyanı infrastrukturu inkişaf etdirmək, gömrük qanunvericiliyini təkmilləşdirmək, müasir texnologiyaları tətbiq etmək lazımdır. Sənəd öz təsdiqini tapandan sonra bu işlər daha da sürətləndiriləcək.

- "Şimal-Cənub" dəmiryolu layihəsi ilə bağlı inşa işləri nə vaxt nəzərdə tutulub? Kakie rabotı provedenı dlə realizaüii proekta jeleznoy doroqi "Sever-Öq"? Layihə çərçivəsində birgə müəssisənin (BG) yaradılması və dəmiryol hissəsinin İran tərəfinin tikintisi nə vaxta planlaşdırılıb?

- Azərbaycan coğrafi mövqeyinə görə bütün tranzit daşımaların mərkəzində yerləşir. Buna görə də nəqliyyat sektorunun tərkib hissəsi olan Dövlət Dəmiryolu beynəlxalq və regional nəqliyyat dəhlizlərinin reallaşması prosesində də yaxından iştirak edir. Azərbaycan Respublikasının "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinə qoşulması üçün bir sıra vacib addımlar atılıb. Görülən işlərin məntiqi nəticəsi kimi Milli Məclis "Azərbaycanın Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Sazişə qoşulması barədə" qanun layihəsini təsdiq etmiş, ölkə başçısı İlham Əliyev 10 sentyabr 2005-ci ildə həmin qanunu imzalamışdır. Həmin dövrdən başlayan işlər indi də davam etdirilməkdədir.

"Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin reallaşması istiqamətində Azərbaycan Dövlət Dəmiryol İdarəsinin, "Rusiya Dəmiryolları" ASC-nin və İran DəmirYollarının işçi qruplarının 11-13 mart 2009-cu ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilmiş üçtərəfli görüşündə də bir sıra mühüm məsələlər, o cümlədən "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Rəşt-Astara (İran) - Astara (Azərbaycan) xəttinin tikintisinin biznes-planı müzakirə edilib.

- ADDİ ölkə daxilində və xaricində qatarların hərəkət marşrutunun sayını artırır. Bu istiqamətdə hansı dəyişikliklər gözlənilir?

- 90-cı illərin sonlarından etibarən ADDİ özünün yeni inkişaf yoluna qədəm qoydu. İlkin olaraq sərnişin təsərrüfatında əsaslı yeniliklər aparıldı. 1997-ci ilin may ayından etibarən ümummilli liderimiz Heydər Əliyevin qonşu dövlətlərin rəhbərləri ilə apardığı intensiv danışıqlar nəticəsində əlaqələr daha da genişlənməyə başladı. O zamandan etibarən Rusiya Federasiyasının və İran İslam Respulikasının müxtəlif şəhərlərinə sərnişin qatarları hərəkət etməyə başladı. Hazırda "Bakı-Moskva", "Bakı-Kiyev", "Bakı-Tümən", "Bakı-Rostov", "Bakı-Xarkov", "Bakı-Mahaçqala", "Naxçıvan-Təbriz", "Bakı-Tbilisi", "Bakı-Sankt-Peterburq" olmaqla Azərbaycandan qonşu ölkələrə 9 beynəlxalq sərnişin qatarı hərəkət edir. Sonradan Rusiya Federasiyasının müxtəlif şəhərlərində sıx məskunlaşan həmvətənlərimizin xahişləri nəzərə alınaraq "Bakı-Kiyev" sərnişin qatarının tərkibində Simferopol, Lvov, Dnepropetrovsk, Odessa, "Bakı-Tümən" qatarının tərkibində isə Ufa, Samara, Çelyabinsk, Saratov, Novosibirsk, İjevsk, Kazan qoşma vaqonları hərəkətə buraxıldı. Bu ilin may ayının 31-dən etibarən sərnişin qatarlarının yay mövsümünə keçidlə əlaqədar hərəkət cədvəlində daha bir dəyişiklik ediləcəkdir. Belə ki, "Bakı-Tümən" sərnişin qatarının tərkibində Saranskadək qoşma vaqon hərəkət edəcəkdir. Bundan başqa hazırda 11 sərnşin qatarı yerli istiqamətdə sərnişinlərə mədəni xidmət göstərir.

- ADDİ Cənubi Koreyanın DAEWOO və HYUNDAI şirkətləri ilə lokomotivlərin alınması barədə görüşlər keçirib. Neçə lokomotivin və hansı qiymətə əldə edilməsi planlaşdırılır?

- XX əsrin sonlarından etibarən ADDİ-nin xarici ölkələrdəki həmkarları ilə əlaqələri daha da intensivləşməyə başlayıb. Aradan keçən vaxt ərzində bir sıra ikitərəfli və çoxtərəfli görüşlər keçirilmiş, bir neçə layihə müzakirə edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci ildə Cənubi Koreyaya səfəri zamanı imzalanmış memoranduma əsasən, Azərbaycanda həyata keçiriləcək bir çox layihələr kimi, nəqliyyat sisteminin yenidən qurulması, inkişaf etdirilməsi və dəmiryol infrastrukturunun yeniləşdirilməsi də nəzərdə tutulmuşdur. Azərbaycan və Koreya dəmiryolçuları arasında bir sıra ikitərəfli görüşlər keçirilmiş, fikir və təcrübə mübadilələri aparılmışdır. Səfərlər çərçivəsində ADDİ mütəxəssisləri Cənubi Koreyanın DAEWOO, HYUNDAY, POSC/O, ROTEM zavodlarında olmuş, dəmiryollarının mövcud vəziyyəti, lokomotiv və vaqonların qurulması, yüksək sürətli qatarların təmiri prosesləri ilə yaxından tanış olmuşlar. "Azərbaycan Dövlət Dəmiryolunun 2009-2013-cu illərdə inkişafına dair Dövlət Proqramı layihəsi" öz hüquqi təsdiqini tapandan sonra Cənubi Koreyadan lokomotivlərin alınması məsələsi də müzakirə oluna bilər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Bir ilə 11300 ev və obyekt təmir-bərpa olunub - Erməni terrorundan zərərçəkənlər artıq yeni evlərinə köçüb (Trend TV ) (FOTO)
Bir ilə 11300 ev və obyekt təmir-bərpa olunub - Erməni terrorundan zərərçəkənlər artıq yeni evlərinə köçüb (Trend TV ) (FOTO)
Prezident İlham Əliyev Rumıniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib (FOTO)
Prezident İlham Əliyev Rumıniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib (FOTO)
Prezident İlham Əliyev Qırğız Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib (FOTO)
Prezident İlham Əliyev Qırğız Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib (FOTO)
Loading Bars
Xəbər lenti
Azərbaycan daha bir beynəlxalq reytinqdə mövqeyini yaxşılaşdırıb
“Bu ürəyin sayəsində…” - Şəhid Elmir Vəliyevin arzusuna və ölümsüzlüyünə qovuşduğu gün (FOTO/VİDEO)
Ağdamda qazıntı zamanı iki çürümüş meyit aşkarlandı - RƏSMİ
Bərdədə erməni terrorunun qurbanları anılıb (FOTO)
Bir ilə 11300 ev və obyekt təmir-bərpa olunub - Erməni terrorundan zərərçəkənlər artıq yeni evlərinə köçüb (Trend TV ) (FOTO)
Nəsimi rayonunda ağacın dibi betondan təmizlənib
Dövlət Dəniz və Liman Agentliyinə sədr təyin olunub
Mingəçevirdə iki müəllim koronavirusdan vəfat edib, direktor karantinə alınıb
Prezident İlham Əliyev Rumıniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib (FOTO)
Prezident İlham Əliyev Qırğız Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib (FOTO)
Azərbaycanda kapital bazarına investisiyalar artıb
İlbiz terapiyası - üz və bədəndə möcüzə yarada bilir
Gözümün qarşısında beş nəfər həlak oldu - Bərdə terrorunun şahidi
Bu il sürücülər avtomobil yollarına yarım milyon manatdan artıq ziyan vurublar
Millət vəkili Könül Nurullayeva Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib (FOTO)
Ağdaşda iki şadlıq sarayının icarədarı və toy sahibləri cərimələnib (FOTO)
Bakı Fond Birjası "Yaşıl istiqrazlar" buraxmağa hazırdır
Bakıda iki azyaşlı qızına təcavüz edən şəxsə hökm oxundu
Gömrükdən qanunsuz keçirilən 18 kiloqramdan çox qızıl müsadirə edildi
Azərbaycan nefti ucuzlaşıb
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 2 dəfədən çox artıb
Abşeronda şəhid Fərid Məmmədovun xatirəsinə ucaldılan abidə-bulaq kompleksinin açılışı olub, il mərasimi keçirilib (FOTO)
Azərbaycan iki ölkədən idxalı məhdudlaşdırıb
Bakı Fond Birjasında "Bravo"nun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib (FOTO)
Bərdədə evdən çıxan koronavirus xəstələri saxlanılıblar
Cocuq Mərcanlıda ermənilərin dağıtdığı evlər tam bərpa olunub (FOTO)
Binəqədidə yaşayış binasında yanğın olub
157 qazi yüksək texnologiyalı protezlərlə təmin edilib (FOTO)
Bakıda daha bir şadlıq sarayının rəhbərliyi cərimələnib
Kapital Bank sahibkarlara təcili ödənişlər funksiyasını təqdim edir
Bakı Ali Neft Məktəbinə 21 nəfər olimpiada qalibi qəbul edilib
İsmayıllıda zəlzələ olub
Zəngilandan verilən mesajlar: Zəngəzurdan çıxıb İstanbula qədər gedə biləcəyik - TƏHLİL
Xarici valyutaların manata qarşı məzənnələri
Dövlət Məşğulluq Agentliyi və “Sumqayıt Kimya Sənaye Parkı” əməkdaşlığa başlayır
Türkiyəyə PUA kameralarını satmaqdan itmina edən Kanada şirkəti müflis oldu
İraqda uşaq evlərində saxlanılan 38 azərbaycanlı uşaq ölkəmizə gətirilib - XİN
Dollar üzrə bir faiz gəlirlik vəd edən depozit məhsulu...
Gəncədə evdə dəhşətli yanğın, 3 nəfər yanıb öldü
Davamlı qoruyuculuq üçün "buster" doza vacibdir - AÇIQLAMA
Cənubi Koreyada altı şirkət təxminən 330 min avtomobili geri çağıracaq
Meksika mətbuatı Azərbaycanın 30 illik inkişaf yolundan yazıb (FOtO)
Yaponiyada 4,6 bal gücündə zəlzələ olub
"Bayraktar TB2" PUA-larının ixrac ediləcəyi ölkələrin sayı 13-ə yüksəlib
Daha iki boksçumuz dünya çempionatına qələbə ilə başlayıb
Türkiyə və ABŞ müdafiə nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər
"Barselona"nın baş məşqçisi vəzifəsindən azad olundu
Bakı sakini mənzildə halsız vəziyyətdə aşkar edilib
"Barselona" 19 ildən sonra ilk dəfə bu kluba məğlub oldu
"Intel" fərdi kompüterlər üçün yeni nəsil prosessorları təqdim edib
Füzuli beynəlxalq aeroportunun açılışı Qarabağ erməniləri üçün onları Azərbaycan vətəndaşları kimi gözləyən daha yaxşı gələcəyin nümunəsidir - Korotçenko
Zəfər xronikası 28 oktyabr 2020-ci il: Prezident İlham Əliyev Rusiyanın İnterfaks agentliyinə müsahibə verib (FOTO/VİDEO)
44 günlük Vətən müharibəsinin xronikası: 28 oktyabr
Abşeronda intihara cəhdin qarşısı alınıb
Avropada COVID-19-a yoluxma və ölüm halları artmaqda davam edir
"Instagram"da yeni funksiya əlavə olunub
Füzuli beynəlxalq hava limanının açılışı Qarabağı qlobal kommunikasiya və əməkdaşlıq şəbəkəsinə daxil edəcək - Rusiyalı ekspert
Dövlət başçılarının Füzuli hava limanını birgə açması Azərbaycan-Türkiyə sarsılmaz birliyinin əyani təzahürüdür - Komitə sədri
Saatlı və Ağcabədidə ev yanıb
Mövsümi qriplə mübarizə necə aparılmalıdır? - AÇIQLAMA
Azərbaycan Ələt iqtisadi zonasına investisiyalarla bağlı 13 ölkə ilə sazişlər imzalayıb - Nazir müavini
Dünya ölkələrində selfi çəkərkən 379 nəfər həyatını itirib
MDU ilə Kiyev Milli İqtisadiyyat Universiteti arasında əməkdaşlığın perspektivləri müzakirə olunub (FOTO)
AQTİ mütəxəssisləri ictimai iaşə sahələrinin əməkdaşlarına növbəti təlim keçib
ABB-dən hər kəsə nağd pul krediti
Zəfər Günü ilə əlaqədar rəsm müsabiqəsi keçirilir
Baş Prokuror Xristos Cakumopulosun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Üç məhkəmə hakiminin səlahiyyətinə xitam verilib
“Təmiz Şəhər” ASC-nin Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib (FOTO)
Türkiyə prezidentinin Qarabağa səfəri bütün dünyaya Azərbaycanın tək olmadığını göstərdi - Azər Qarayev
Oktyabrın 28-nə USD/AZN rəsmi məzənnəsi
Silsilə Zəfər tədbirləri keçiriləcək (FOTO)
Real-Trend həftəlik iqtisadi layihəsinin növbəti buraxılışı yayımlanıb (VİDEO)
İran Azərbaycanla konstruktiv münasibətlərin inkişaf etdirilməsinin tərəfdarıdır - XİN başçısı
İspandilli mediada Füzuli Beynəlxalq Aeroportunun açılışı haqqında materiallar dərc edilib (FOTO)
Dünyaya ünvanlanan birlik, həmrəylik, qardaşlıq mesajı
Rövşən Əkbərov 10 il müddətinə azadlıqdan məhrum edildi (ƏLAVƏ OLUNUB)
Kamal Abdulla Venesuelanın ölkəmizdəki səfiri ilə görüşüb (FOTO)
Əcnəbilər yol hərəkəti ilə bağlı Azərbaycan ərazisində cəriməni necə ödəyirlər?
AzMİU-da Elmi Şuranın növbəti iclası keçirilib (FOTO)
ƏƏSMN-in “Zəfər” altsistemi yaradılır
Avropa Məhkəməsi Polşanı cərimələdi - Hər gün bir milyon avro ödəyəcək
Qaradağda 2-ci Qarabağ müharibəsi şəhidlərinin ildönümünə həsr olunmuş tədbir keçirilib (FOTO)
Azərbaycan-Çin hökumətlərarası komissiyasının videokonfrans formatında iclası keçirilib (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Aİİ tərəfindən təşkil olunan “Xristianlıq” tədris kursu fəaliyyətə başlayıb (FOTO)
Azərbaycanda 2300 nəfər COVID-19-a yoluxub, 27 nəfər vəfat edib
Əməkdar rəssam vəfat edib
İmişli Neft Terminalının fəaliyyəti məhdudlaşdırılıb (FOTO/VİDEO)
Şəhidlərimizin anım mərasimi keçirilib (FOTO/VİDEO)
DSMF-nin büdcə gəlirləri və xərcləri məlum olub
Azərbaycan və Dünya Bankı arasında kredit müqaviləsi imzalanıb
Azərbaycan çox qısa zamanda barmaqla göstərilən ölkələr arasında yerini alacaq - Ərdoğan (VİDEO)
Uşaq və yeniyetmələr arasında mədə-bağırsaq xəstəlikləri artıb
TAP konsorsiumu rəqəmsallaşdırma sahəsində tenderlər elan edəcək
Hansı uşaqlara vaksin vurdurmaq tövsiyə edilir?
Füzuli Beynəlxalq Hava Limanının açılışı Azərbaycan tarixində unudulmaz səhifə açdı - Deputat
Hazırda yas mərasimlərinin keçirilməsinə icazə yoxdur - Dini komitə
Uşaqları koronavirusdan necə qorumalıyıq? - AÇIQLAMA
DİN kibercinayətkarlıqlarla bağlı vətəndaşlara müraciət edib
Bütün xəbərlər