...

BVF 2009-cu il üçün Azərbaycanda dövlət borcunun ÜDM-ə nisbətinin aşağı olacağını proqnozlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 May 2009 15:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 may / Trend , müxbir N.İsmayılova /

Beynəlxalq Valyuta Fondu (BVF) 2009-cu ildə Azərbaycanın dövlət borcunun ümumi həcminin ÜDM-ə görə 11,8%-ə çatacağını proqnozlaşdırır. Bu barədə BVF-in rəsmi saytında may ayı üzrə regional icmalında deyilir.

Qafqaz və Mərkəzi Asiya ölkələri arasında 2009-cu il üçün dövlət borcunun orta göstəricisinin ÜDM-in ümumi həcmindən 15% səviyyəsində olması gözlənilir.

Fondun proqnozlarına əsasən, Gürcüstanın dövlət borcunun xüsusi çəkisi - 26,1%, Qazaxıstanın - 11,4%, Qırğızıstanın - 51,9%, Tacikistanın - 39,2% Türkmənistanın - 2,3% Özbəkistanın - 10,4%, Ermənistanın isə - 27,7% təşkil edir.

BVF-in proqnozlarına əsasən, ümumi xərclər və ÜDM-ə nisbətdə borcun həcminə görə Azərbaycan regionda birinci yerdədir ki, 2009-cu ildə bu göstəricinin 44,4% təşkil edəcəyi gözlənilir.

Fondun proqnozlarına əsasən, sözügedən göstəricinin Gürcüstanda - 33,5%, Qazaxıstanda -27%, Qırğızıstanda - 31%, Tackistanda - 27,9%, Türkmənistanda - 16,2%, Özbəkistanda -34,9% və Ermənistanda - 22,9% olacağı gözlənilir.

2009-cu il aprelin 1-nə olan məlumata əsasən, Azərbaycanın xarici borcu 2 916,8 milyon dollara çatıb ki, bu da ÜDM-in 5,3%-ni təşkil edir. Ötən ilin analoji dövrü ilə müqayisədə xarici borcların həcmi 12,34% artıb. Adambaşına düşən xarici borc 333,2 dollar təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti