Azərbaycan, Bakı, 13 may / Trend , müxbir Ü.İsmayılova /
Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Ələkbər Məmmədov istefa verib. Bu barədə konfederasiyanın çərşənbə günü yayılan məlumatında bildirlir.
"İstefaya səbəb onun elmi-pedaqoji fəaliyyəti olub", - deyə məlumatda bildirilir.
Konfederasiyanın nizamnaməsinə əsasən, növbədənkənar qurultayın keçirilməsinədək qurumun prezident səlahiyyətləri vitse-prezident Etibar Əliyevə verilib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]