...

Rusiya MDB-yə böhran dövründə yardım edəcək - RF XİN rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 May 2009 13:01 (UTC +04:00)
Rusiya MDB-yə böhran dövründə yardım edəcək - RF XİN rəhbəri

Rusiya böhran dövründə çətin vəziyyətə düşən MDB ölkələrinə yardım göstərməkdə davam edəcək. Bu barədə bazar ertəsi RF XİN rəhbəri Sergey Lavrov bəyanat verib, Vesti xəbər verir.

"Biz böhran dövründə çətin vəziyyətə düşən və köməyə ehtiyac duyan ölkələrə yardım göstərməkdə davam edəcəyik", - Lavrov "İtoqi" jurnalına verdiyi müsahibədə qeyd edib. "Bununla bərabər xüsusi diqqət bizim yaxın qonşularımıza veriləcək", - o deyib.

"Biz artıq Belarus, Qırğızıstan və Ermənistana əhəmiyyətli vəsait ayırmışıq. Bu məqsədlər çərçivəsində fəaliyyət göstərməyi planlaşdırırıq və bu istiqamətdə 10 milyard dollar vəsaitə malik olan Antiböhran Fondu yaradılıb. Fond vəsaitinin 7,5 milyard dolları Rusiyanın payına düşür", - rusiyalı nazir qeyd edib.

"Böhranın Rusiya, Qərb və ABŞ münasibətlərinə təsiri məsələsinə gəldikdə qeyd etmək lazımdır ki, bu, münasibətlərin yaxşılaşmasına, ilk öncə isə ABŞ və Qərbin Rusiya ilə münasibətlərini daha konstruktiv mövqeyə gətirməsinə səbəb ola bilər. Bu əməkdaşlıq müsbət gündəliyi və həmçinin qarşılıqlı etibarı, vərdişləri, dialoq mədəniyyətini, qarşılıqlı əməkdaşlığı formalaşdırır", - nazir bildirib.

"Burada ziddiyət mövcud deyil. Əksinə, müdrik düşüncə göstərir ki, böhran zamanı süni olaraq siyasiləşdirilmiş məsələlər arxa plana keçir və xüsusilə əgər söhbət vacib məsələlərdən gedirsə, bütün tərəflər ümumi maraqların mövcudluğunu qəbul edirlər", - RF XİN rəhbəri bildirib.

Xəbər lenti

Xəbər lenti