...

Azərbaycannın Standartlaşdırma üzrə Dövlət Komitəsi uşaq qidası və geyimi bazarında monitorinq keçirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 May 2009 13:43 (UTC +04:00)
Azərbaycannın Standartlaşdırma üzrə Dövlət Komitəsi uşaq qidası və geyimi bazarında monitorinq keçirir

Azərbaycan, Bakı, 20 may / Trend , müx. A.Bədəlova /

Azərbaycan Respublikasının Standartlaşdırma, Patentləşdirmə və Metrologiya üzrə Dövlət Komitəsi uşaq qidası və geyimi bazarında monitorinq keçirir, Komitənin rəhbəri Ramiz Həsənov çərşənbə günü Bakıda keçirilən Dövlətlərin Metrologiya Qurumlarının Avro-Asiya Əməkdaşlığı Təşkilatının (COOMET) illik toplantısında bildirib.

"2009-cu ilin Azərbaycanda "Uşaq ili" elan edilməsi ilə bağlı olaraq, biz uşaq qida məhsullarından başlayaraq uşaq geyiminə qədər bazarda monitorinqlərə başladıq. Biz artıq geyim bazarında xeyli işlər görmüşük. İşlər davam etdiriləcək", - Həsənov bildirib. Həsənov konkret faktlar haqqında danışmayıb.

Həsənov bildirib ki, ilkin olaraq Çində itehsal olunmuş və uşaq sağlamlığına təhlükə yaradan oyuncaqlar satışdan çıxarılıb.

2008-ci ilin fevral ayında MDB-in Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Beynəlxalq Dövlətlər Şurası tərkibində olan dövlətlərin standartlaşdırma orqanları uşaq oyuncaqları bazarında reydlərin keçirilməsi haqqında razılığa gəliblər.

20 may, Dünya metrologiya günü il əlaqədar olaraq Bakıda Dövlətlərin Meterologiya Qurumlarının Avro-Asiya Əməkdaşlığı Təşkilatının 19-cu toplantısı keçirilir.

"Bu istiqamətdə görüşlərin keçirilməsi ölkənin inkişafı və dövlətin bu sahəyə diqqətini nümayiş etdirir", - Həsənov bildirib.

Toplantının işində Bakıda Dövlətlərin Meterologiya Qurumlarının Avro-Asiya Əməkdaşlığı Təşkilatının, Ölçü və Çəki üzrə Beynəlxalq Büronun üzvləri iştirak edirlər.

Dövlətlərin Meterologiya Qurumlarının Avro-Asiya Əməkdaşlığı Təşkilatı (COOMET)1991-ci ilin iyununda yaradılıb. Təşkilatın üzvləri Azərbaycanın metrologiya qurumları (2007-ci ildən etibarən), Ermənistan, Belorus, Bolqarıstan, Almaniya (assosiativ üzv), Gürcüstan, Qazaxıstan, Qırğızıstan, KXDR (assosiativ üzv), Kuba (assosiativ üzv), Litva, Moldova, Rusiya, Rumıniya, Slovakiya, Özbəkistan və Ukraynadır.

Təşkilatın əsas fəaliyyəti fiziki etalonlar, metrologiya qanunvericiliyi, menecment keyfiyyətinin sistem və akkreditasiyası, informasiya və təhsil sahələridir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti