...

"Almalı" mağazalar şəbəkəsinin alıcılarının sayı sabit olaraq qalır – ADA Group-un direktorlar şurasının sədri

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 May 2009 18:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 may / Trend , müxbir N.İsmayılova / 

ADA Group-un operatoru olduğu "Almalı" mağazalar şəbəkəsi gün ərzində 40 mindən artıq alıcıya xidmət göstərir. Bu barədə ADA Group-un direktorlar şurasının sədri Sergey İvaşkeviç deyib.

"Ərzaq məhsulları sahəsində pərakəndə satış dünya iqtisadiyyatında hazırda stabil olaraq qalır. "Almalı" mağazalar şəbəkəsinin gün ərzində alıcılarının sayı əvvəlki səviyyədə (40 min) qalıb", - İvaşkeviç qey edib.

İvaşkeviçin sözlərinə əsasən, bazarda mövcud olan vəziyyəti təyin etməkdən ötrü bu göstərici çox vacib amildir və qlobal maliyyə böhranı şəraitində alıcı sayının sabitliyi pərakəndə satış sferasındakı sabitlikdən xəbər verir.

Hazırda "Almalı"nın 40 mağazası Azərbaycanın üç şəhərində fəaliyyət göstərir: Bakıda 35, Sumqayıtda 3, Gəncədə 2 və Xırdalabda bir paylayıcı mərkəz.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti