...

Azərbaycanda növbəti dəfə istehlak hüquqlarının pozulması faktları aşkar edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyun 2009 17:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 iyun / Trend , müxbir Ü.İsmayılova /

"İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti iyunun 2-də keçirdiyi növbəti monitorinq zamanı Bakı şəhəri və regionlarda istehlakçıların hüquqlarının pozulması faktlarını aşkar edib", - nazirliyin çərşənbə günü yaydığı məlumatda deyilir.

Monitorinqlər Nərimanov, Nəsimi rayonları və Tbilisi prospekti ərazilərində aparılıb. Yoxlamalar həmçinin Xırdalan, Siyəzən, Cəlilabad rayonlarında keçirilib ki, bunların nəticəsində də satışdan təxminən 0,5 ton vaxtı ötmüş məhsul, həmçinin gündəlik tələbat məhsulları çıxarılıb.

Dövlət Xidməti tərəfindən, həmçinin Nəsimi rayonunda 5 tona yaxın saxta sement aşkar edilərək satışdan çıxarılıb.

Qanun pozuntusuna yol vermiş 2 hüquqi və 6 fiziki şəxs barədə inzibati xəta haqqında protokol tərtib edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti