...

Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyun 2009 10:15 (UTC +04:00)
Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Azərbaycan, Bakı, 08 iyun / Trend , müx. N.İsmayılova /

Ötən həftənin yekunlarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş manatın rəsmi məzənnəsi ABŞ dollarına nisbətdə 0,01 faiz ucuzlaşıb. Ötən həftə orta məzənnə 1 ABŞ dolları üçün 0,80352 manat müəyyən edilib.

Dolların manata nisbətdə maksimum məzənnəsi iyunun 4-5-də 1 ABŞ dolları üçün 0,8036 manat səviyyəsində müəyyən edilib, minimal məzənnə isə  iyunun 3-də 0,8034 manat səviyyəsində müəyyən edilib.

Manatın ABŞ dollarına nisbətdə məzənnəsi

25 may

0,8036

1 iyun

0,8035

26 may

0,8036

2 iyun

0,8035

27 may

0,8036

3 iyun

0,8034

28 may

0,8036

4 iyun

0,8036

29 may                                             

0,8036 

5 iyun                                           

0,8036 

Həftə ərzində orta kurs

0,8036

Həftə ərzində orta kurs

0,80352

Həftə yekunlarına görə, Bakı banklararası valyuta birjasındakı alış-veriş nəticəsində manatın dollara nisbətdə birja məzənnəsi 0,01 faiz bahalaşıb. 1 ABŞ dolları üçün orta məzənnə 0,80244 manat müəyyən edilib.

Həftə ərzində BEST-də həmin günü valyutalaşdırmaqla müqavilələr bağlanıb (T+0):1 iyun - $7,3 mln.   0,8025 AZN/USD məzənnəsi ilə, 2 iyun - $9,7 mln. 0,8025 AZN/USD məzənnəsi ilə, 3 iyun - $0,3 mln.  0,8024 AZN/USD məzənnəsi ilə,  4 iyun - с $0,62 mln.  0,8024 AZN/USD məzənnəsi ilə və 5 iyun - $0,3 mln. 0,8024 AZN/USD məzənnəsi ilə.

Manatın ABŞ dollarına nisbətdə birja məzənnəsi

25 may

0,8033

1iyun

0,8025

26 may

0,8033

2 iyun

0,8025

27 may

0,8033

3 iyun

0,8024

28 may

0,8033

4 iyun

0,8024

29 may                                               

0,8019

5 iyun                                         

0,8024

Həftə ərzində orta kurs

0,80302

Həftə ərzində orta kurs

0,80244

USD/AZN T+1 и T+2 üzrə dilerlər tərəfindən tələbatın olmaması səbəbindən müqavilələr imzalanmayıb.  RUB/AZN və EUR/AZN üzrə ərizələr BEST banklar tərəfindən təqdim edilməyib.

Özəlləşdirmə çeklərinin qiyməti əvvəlki səviyyədə qalıb: alış - 10 manat, satış - 11manat. Qiymətlərin bu cür aşağı düşməsi (2009-cu ilin əvvəlində çeklərin qiyməti 20 manatdan artıq olub) dövlət mülkiyyətinin özəlləşdirilməsi tempinin azalması ilə bağlıdır.

Özəlləşdirmə çeklərin dövriyyədə fəaliyyət müddəti 2010-cu il yanvarın 1-dək müəyyən edilib. Hazırda dövriyyəyə buraxılmış çeklərin 85 faizi dövriyyədən çıxarılıb. İstisna edilmir ki, onların dövriyyə müddətinin bitməsinə qədər dövriyyədən çıxarılmış çeklərin miqdarı 90 faiz təşkil edəcək. Özəlləşdirmə prosesində çeklərin iştirak etdiyi digər ölkələrin təcrübəsini nəzərə alsaq,  hökumət onların fəaliyyət müddətini uzatmayacaq və dövriyyədə çıxarılmamış çeklərin bir qismi qalacaq.

Məqalə müəllifi ilə əlaqə:[email protected]

Xəbər lenti

Xəbər lenti