...

Gürcüstan prezidentinin administrasiyası "kəmərlərini sıxır"

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyun 2009 12:49 (UTC +04:00)
Gürcüstan prezidentinin administrasiyası "kəmərlərini sıxır"

Gürcüstan, Tbilisi, 17 iyun / Trend müxbir N.Kirtsxaliya/

Gürcüstan prezidentinin elan etdiyi qənaət və "kəmərlərin sıxılması" rejimi çərçivəsində dövlət başçısının administrasiyası və hökümət dəftərxanası öz maliyyələşdirilməsini ixtisara salır. Prezident Mixail Saakaşvili bunu dünya maliyyə böhranı ilə izah edib.

Maliyyələşdirmənin azaldılması haqda təkliflər artıq parlamentə təqdim edilib və müzakirələrdən sonra iyulun 4-də təsdiqlənəcək.

Layihəyə əsasən, Gürcüstan prezidentinin administrasiyasına ayrılan puldan 1,7 milyon lari, hökümət dəftərxanasının xərclərindən isə 1 milyon lari (1 dollar = 1,64 lari) azalma baş verəcək.

Bununla yanaşı bir sıra nazirliklərin administrativ xərcləri də azaldılır. Məsələn, müdafiə naziriliyinə ayrılan vəsait 45 milyon, regional inkişaf və infrastruktur nazirliyi 9,5 milyon, maliyyə nazirliyi 4 milyon, ətraf mühitin mühafizəsi və təbii resurslar nazirliyi 3,6 milyon, xarici işlər nazirliyi 650 min, mədəniyyət, abidələrin mühafizəsi və idman nazirliyi isə 140,1 min lari məbləğində azalacaq.

Xəbər lenti

Xəbər lenti