Gürcüstan, Tbilisi, 18 iyun / Trend , müxbir N.Kirsxaliya /
Gürcüstan və Fransa arasında hərbi əməkdaşlıq çərçivəsində iyunun 26-29-da Fransa Hərbi Dəniz Qüvvələrinin "Montkalm" freqatı Batumi dəniz limanına dostluq səfəri məqsədi ilə yan alıb. Bu barədə Fransanın Gürcüstandakı səfirliyinin mətbuat xidmətindən bildirilib.
"Montkalm" freqatı 2008-ci ildən bəri Qara dənizin keşiyinin çəkilməsində iştirak edir.
Freqatın qarşılanması mərasimində Fransanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Erik Furne, Gürcüstan Höküməti və Müdafiə Nazirliyinin nümayəndələri, həmçinin ictimaiyyət nümayəndələri iştirak edəcəklər.
Freqat ekipajı ilə Gürcüstanın Dəniz Mühafizə Departamentinin nümayəndələri arasında futbol matçı iyunun 26-na planlaşdırılıb. Ekipaj və Batumi komandaları arasında reqbi üzrə matç iyunun 28-də baş tutacaq.
Gəmi iyunun 27-28-də Batumi sakinləri və qonaqları tərəfindən ekskursiya və baxış üçün açıq olacaq. Bu barədə Fransa səfirliyindən bildirilib.
Bu "Montkalm" freqatının Gürcüstana ikinci səfəridir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]