...

Azərbaycan-Belarus BM traktor istehsalına başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyul 2009 17:20 (UTC +04:00)
Azərbaycan-Belarus BM traktor istehsalına başlayıb

Azərbaycan, Bakı, 01 iyul / Trend , müxbir E.Tarıverdiyeva /

Azərbaycanda yaradılmış Gəncə Avtomobil Zavodu və Belarusun Traktor Zavodunun yeni birgə müəssisəsi (BM) istehsal hazırlığına başlayıb. Bu barədə çərşənbə günü Belarusun Azərbaycandakı səfiri Nikolay Paskeviç məlumat verib.

"Artıq bu il tam gücü ilə iş gedəcək. Texnikamıza tələbat böyükdür və ümid edirəm ki, Azərbaycan tezliklə kənd təsərrüfatı texnikasının ixracına başlayacaq", - Paskeviç bildirib.

Yeni BM Belarus traktorlarının Azərbaycanda istehsalı və üçüncü olkəyə satılması ilə məşğul olacaq.

Mayın əvvəllərində Belarusiyada Gəncə Avtomobil Zavodu və Minsk Traktor Zavodu arasında BM yaratmaq barədə müqavilə bağlanıb.

BM-nin istehsal gücü ildə 8-10 min traktor istehsalından ibarətdir. 
Məhsulun əsas satış keyfiyyəti Türkiyədə nəzərdən keçiriləcək. Ötən il bu ölkəyə 23 min ədəd traktor idxal olunub. Daxili istehsal isə 8 min ədəd təşkil edib. Hazırda Türkiyə tərəfi ilə İstanbulda zavodun nümayəndiliyinin yaradılması barədə danışıqlar aparılır. Hasilatın İran, Gürcüstan və Cənubi Rusiyaya ixracı da nəzərdə tutlub.

Bu il Gəncə Avtomobil Zavodu 300-500 traktor istehsal etmək niyyətindədir. Lakin razılaşmaya görə, Türkiyə ərazisində istehsalı həyata keçirmək üçün satışdan sonra texnikanın tam xidmət göstərməsi və ölkə ərazisində onun təmiri üçün müəsisənin yaradılması vacibdir. Bu problemin aradan qaldırılması üçün Gəncə Avtomobil Zavodu Türkiyə şirkətlərindən biri ilə əməkdaşlıq etmək niyyətindədir. Hazırda bu məsələ üzrə danışıqlar başa çatmaq üzrədir.

Bu gün Gəncə Avtomobil Zavodu daxili tələbatı ödəmək üçün Minsk Traktor Zavodunun məhsullarının gücündən istifadə edir. Marketinq araşdırmasına görə, zavod daxili bazar üçün illik istehsalını 5 min ədədə çatdırmaq gücündədir.

Minsk Avtomobil Zavodunun istehsalı olan bütün növ yük maşınlarının və traktorların Azərbaycanda yığılması və satışına dair müqavilə 2006-ci il noyabrın sonlarında Minskdə imzalanıb.

Yığım 15 min kvadratmetrlik ərazidə həyata keçirilir.

Gəncə Azərbaycanın qərbində, Bakıdan 265 km uzaqda yerləşir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti