...

"Rabitəbank" ASC-nin səhmlərinin yeni emissiya prospekti qeydə alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyul 2009 20:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 iyul / Trend /

"Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "Rabitəbank" ASC-nin adi adlı sənədsiz səhmlərinin emissiya prospekti qeydə alınıb. Emissiyanın həcmi 1500000 AZN təşkil edir, bir səhmin nominal dəyəri 20 AZN-dir. Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsi ilə keçiriləcək", - BFB-nin cümə axşamı yaydığı məlumatda deyilir.

Səhmlərin yerləşdirilməsində anderrayter vəzifəsində çıxış edən təşkilat: "Kapital Partners" MMC.

Səhmləri əldə etmək istəyən şəxslər "Bakı Fond Birjası" QSC-nin üzvü və broker lisenziyası olan təşkilata müraciət edə bilər.

İyulun 02-nə olan rəsmi məzənnə 0,8042 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti