...

Azərbaycan bankı özünün ölkə iqtisadiyyatındakı rolunu artırmaq istəyini bildirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyul 2009 18:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 iyul / Trend , müxbir N.İsmayılova /

"Mayın sonuna olan duruma görə, "Yapı Kredi" bankı Azərbaycanda 2,35 min korporativ müştəri və sahibkara, ümumi fəaliyyət dövriyyəsi 180 milyon dollar olan 19,6 min fəal fiziki şəxsə xidmət göstərir", - cümə günü bankın icraçı direktoru Faik Açıkalın, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və "Yapi kredi" tərəfindən təşkil olunmuş "Azərbaycanda korporativ istiqrazlar bazarının inkişafı" beynəlxalq konfransının gedişində deyib.

"Yaxın gələcəkdə biz Azərbaycan iqtisadiyyatında daha böyük rol oynamaq niyyətindəyik", - Açıkalın bildirib.

Onun sözlərinə görə, son illərdə Azərbaycanın maliyyə bazarı inkişaf və yenidənqurma prosesindədir. Bununla əlaqədar olaraq bank bu sahədə, xüsusilə də bank sisteminin inkişafı üzrə bilik və təcrübələrini bölüşür.

"Bank Azərbaycan iqtisadiyyatının özəl sektorunda kreditləşmə mexanizmləri və maliyyələşdirmə mənbələrinin yaradılmasının tətbiqinin genişləndirilməsi fəaliyyətini dəstəkləyir", - bankın icraçı direktoru deyib.

"Yapi Kredi Bank Azerbaijan" QSC Azərbaycanın Ədliyyə Nazirliyindən 1998-ci ilin oktyabrında qeydiyyatdan keçib və 2007-ci ilə qədər "Kochbank Azerbaijan" QSC adı altında fəaliyyət göstərib. Son il ərzində bank korporativ xidmətlərin inkişafında böyük uğurlar qazanıb və qiymətli kağızlar bazarının ən fəal iştirakçılarından biri olub.

Hazırda bank müştərilərinin xidmətinə dörd filial, 12 bankomat və 42 POS-terminal verilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti