...

Azərbaycanın Naxçıvan Muxtar Respublikasında yeni taxıl anbarı istismara verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyul 2009 14:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 iyul / Trend , müxbir Ü.İsmayılova /

Azərbaycanın Naxçıvan Muxtar Respublikası taxıl ehtiyatı üçün ümumi tutumu 38 min ton olan anbarı istismara verib. Bu barədə rəsmi mətbuat məlumat verib.

Anbar qısamüddətli saxlama üçün ümumi tutumu 20 min ton, uzunmüddətli saxlama üçün ümumi tutumu 18 min ton olan çənlərlə təchiz edilib.

Uzunmüddətli çənlərin hər biri ABŞ istehsalı olan 3 min tonluq tutuma malik 6 bunkerdən ibarətdir.  

Müsəssisədə quraşdırılmış elevator saatda 150 ton taxıl qəbul etmək gücündədir. Yükləmə 750 tondur.

Uzunmüddətli saxlama üçün çənlərdə həmçinin umumi tutumu 60 ton olan elektrik tərəziləri və 100 tonluq qaldırıcı liftlər quraşdırılıb.

Anbar ərazisində rütubəti və taxılın təmizliyini yoxlamaq üçün xüsusi laboratoriya da yaradılıb. Laboratoriyada yoxlamalar 10 dəqiqəyə keçirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti