...

Azərbaycan-Türkiyə sığorta şirkəti nizamnamə kapitalını artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyul 2009 14:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 iyul / Trend /

İyulun 24-dən "Günay Anadolu Sigorta" ASC-nin adi adlı sənədli səhmlərinin yerləşdirilməsi başlanacaq. Bu barədə cümə axşamı Bakı Fond Birjasından (BFB) məlumat verilib.

Emissiyanın həcmi 794 min manat təşkil edir. Bir səhmin nominal dəyəri min manatdır.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsi ilə keçiriləcək.

Səhmlərin yerləşdirilməsində anderrayter vəzifəsində "Standard Capital" MMC çıxış edəcək. 

Səhmləri əldə etmək istəyən şəxslər "Bakı Fond Birjası" QSC-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilata müraciət edə bilərlər.

1992-ci ildən fəaliyyət göstərən "Günay Anadolu Sigorta" yanğından, bədbəxt hadisələrdən sığorta, eləcə də texniki və tibbi sığorta xidməti göstərir. "Günay" Səmdar Bankı və Türkiyənin sığorta sahəsində şərtsiz lider olan "Anadolu Anonim" sığorta şirkəti Azərbaycanın sığorta sektorunda əsas yer tutan "Günay Anadolu Sigorta" birgə müəssisəsini təşkil edib. Keçən il şirkət müddətsiz lisenziya alıb.

İyulun 9-na rəsmi məzənnə 0,8043 AZN/USD təşkil edir.   

Xəbər lenti

Xəbər lenti