...

Azərbaycanın Çindəki səfirliyi keyfiyyətsiz oyuncaqların ölkəyə idxalına mane olmaq səlahiyyətinə malik deyil - səfir

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyul 2009 15:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 iyul / Trend , müxbir Ü.İsmayılova/

Azərbaycanın Çindəki səfirliyi ölkəyə Çin istehsalı olan keyfiyyətsiz oyuncaqların gətirilməsinin qarşısını almaq üçün Azərbaycan hökumətindən rəsmi xəbərdarlıq almayıb. Bunu bazar ertəsi Azərbaycanın Çindəki səfiri Yaşar Əliyev deyib.

"Səfirlik belə bir xəbərdarlıq almadığına görə, bu onun səlahiyyətinə daxil deyil", - Əliyev deyib.

Onun sözlərinə görə, sahibkarların fəaliyyətinin nizamlanmasını və məhsulların keyfiyyəti üzərində nəzarəti müvafiq strukturlar həyata keçirir. "Səfirlikdə Çin istehsalı olan keyfiyyətsiz oyuncaqları ölkəyə idxal edən sahibkarların siyahısı yoxdur", - diplomat deyib.

Səfir onu da deyib ki, istehlakçılar növbəti belə vəziyyətlərdə daha ehtiyatlı olmalı və keyfiyyətli məhsulu keyfiyyətsizdən ayırd etməlidirlər.

"Keyfiyyətin əsas göstəricisi məhsulun qiyməti ola bilər", - Əliyev deyib.  

Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi keçən həftə ölkədə uşaq oyuncaqlarının keyfiyyətinin yoxlanması mövzusunda monitorinqin nəticələrini elan edib. Monitorinq keçirilən dükanlarda keyfiyyət sertifikatı olmayan oyuncaqlar aşkarlanıb. Həm də bütün keyfiyyətsiz istehsal faktları Çin oyuncaqları ilə bağlı olub. 

Analizlərin nəticələrinə əsasən, məhz Çin istehsalı olan oyuncaqların tərkibində bərk metallar tapılıb, oyuncaqların qoxusunun normadan çox olduğu, rəngin və tikişlərin davamlı olmadığı aşkarlanıb. Bütün bu göstəricilər insan orqanizmi üçün ciddi təhlükədən xəbər verir.   

Öz növbəsində Azərbaycanın Dövlət Gömrük Komitəsi nəzarət-buraxılış məntəqələrində ölkəyə keyfiyyətsiz Çin oyuncaqlarının gətirilməsinin qarşısını almaq üçün tədbirləri gücləndirib. Gömrük Komitəsi artıq Standartlaşdırma üzrə Dövlət Komitəsindən məhsulların siyahısını alıb və həmin məhsullar ölkəyə gətirilərkən keyfiyyət və standartlara uyğunluğu baxımından Dövlət Gömrük Komitəsinin laboratoriyalarında ekspertizadan keçirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti