...

Azərbaycanda sahibkarlıq subyektlərinin güzəştli maliyyələşdirilmə şərtləri sadələşdiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyul 2009 20:06 (UTC +04:00)
"Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi nəzdində Sahibkarlığa Yardım Milli Fondunun (SYMF) yeni qaydaları və əsasnaməsi Azərbaycan Prezidenti Administrasiyasına təqdim olunub", - cümə günü fondun icraçı direktoru Şirzad Abdullayev deyib.

Azərbaycan, Bakı, 17 iyul / Trend müxbir N.İsmayılova/

"Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi nəzdində Sahibkarlığa Yardım Milli Fondunun (SYMF) yeni qaydaları və əsasnaməsi Azərbaycan Prezidenti Administrasiyasına təqdim olunub", - cümə günü fondun icraçı direktoru Şirzad Abdullayev deyib.

"Biz yaxın zamanlarda onların təsdiq olunacağını gözləyirik və bu, fondun fəaliyyətinin müxtəlif istiqamətlərində vacib addım olacaq", - Abdullayev bildirib.

Onun sözlərinə görə, fondun ilkin təxminlərinə görə, faiz dərəcəsi illik faizə qədər azaldıla bilər. Kreditin maksimal həddi isə beş milyon manata qədər artırıla bilər. Fondun xarici maliyyə institutlarından vəsaitlər cəlb etmək hüququndan əlavə, müxtəlif faiz qoyuluşunu təyin etmək hüququ yaranacaq ki, bu da dövlət büdcəsindən və kənar mənbələrdən fəal şəkildə xarici borcları cəlb etmək imkanı verəcək.

2009-cu ildə fondun xətti ilə 130 milyon manat güzəştli kredit verilişi planlaşdırılır ki, onlardan 74 milyon manatı büdcə vəsaitlərinin payına düşür, qalan 56 milyon manat isə əvvəllər verilmiş kredit resursları hesabına formalaşdırılıb.

İyulun 17-nə olan rəsmi məzənnə 0,8041 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti