...

Azərbaycanda istehlak bazarına Dövlət Nəzarət Xidməti sahibkarları istehlakçıların hüquqlarına hörmət etməyə çağırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyul 2009 13:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 iyul / Trend , müxbir Ü. İsmayılova/

İqtisadi İnkişaf Nazirliyi yanında istehlak bazarına Dövlət Nəzarət Xidməti istehlakçı hüquqlarının pozulması faktlarını üzə çıxarmaq üçün ilin əvvəlindən keçirilmiş tədbirlərin analizini aparıb. Bu barədə bazar ertəsi nazirlikdən bildirilib.

İlkin məlumatlara görə, Azərbaycanın istehlak bazarında əsas pozuntular bunlardır: vaxtı keçmiş və normativ-texniki tələblərə cavab verməyən məhsulların satılması, etiketlərin və digər müvafiq göstəricilərin Azərbaycan dilində olmaması, temperatur tələblərinin və s. pozulması, məlumatda deyilir.

17 mayda Azərbaycanın İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklərin qüvvəyə minməsindən sonra yuxarıda göstərilən qanun pozuntularının cəriməsi bir neçə dəfə artıb. Məsələn, vaxtı keçmiş məhsulların satışına görə cərimə fiziki şəxslər üçün 30-50, hüquqi şəxslər üçün 150-200 manatdan müvafiq olaraq 1,5-2 min manat və 4-5 min manata qədər artıb.    

Dövlət Xidməti xəbərdarlıq edir ki, bu cərimələrdən qurtarmaq üçün sahibkarlar satış üçün mal alarkən daha diqqətli olmalıdırlar və istehlakçıların hüquqlarına hörmət etməlidirlər.   

Sahibkarlar məhsulların müvafiq standartlara və etiketlərə aid normativ-texniki sənədlərin Azərbaycan dilində yazılmasına, məhsulların istifadə müddətinə, eləcə də normativ sənədlərdə göstərilən tələblərə, o cümlədən məhsulların saxlama temperaturuna ciddi fikir verməlidirlər.

İyulun 21-nə olan rəsmi məzənnə 0,8034 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti