...

AGBank BMK-dan subordinə edilmiş kredit üzrə birinci tranşını alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyul 2009 12:13 (UTC +04:00)
"Azərbaycan AGBank-ı Beynəlxalq Maliyyə Korporasiyasından (BMK) subordinə edilmiş kredit üzrə səkkiz il müddətinə beş milyon dollar həcmində birinci tranşını alıb", - bankın məlumatında deyilir.
AGBank BMK-dan subordinə edilmiş kredit üzrə birinci tranşını alıb

Azərbaycan, Bakı, 22 iyul / Trend /

"Azərbaycan AGBank-ı Beynəlxalq Maliyyə Korporasiyasından (BMK) subordinə edilmiş kredit üzrə səkkiz il müddətinə beş milyon dollar həcmində birinci tranşını alıb", - bankın məlumatında deyilir.

Mayın əvvəlində bağlanmış müqaviləyə əsasən, BMK, AGBank-ın kapitallaşmasına dəstək vermək məqsədilə ona 10 milyon dollar həcmində subordinə edilmiş kredit verəcək. Bu resursların cəlbi sahibkarlara bu gün bazarda mövcud olanlardan daha sərfəli şərtlərlə kreditləşdirmək imkanı verəcək.

Bu, AGBank-ın bu il ərzində xarici sərmayədarlarla ikinci kredit müqaviləsidir. Aprelin əvvəlində bank Neft İxracatçıları Ölkələri Təşkilatı (NİÖT) yanında Beynəlxalq İnkişaf Fondunun 9,5 milyon dollar həcmində kredit resurslarını cəlb edib.

BMK artıq AGBank-a KOS və lizinq əməliyyatlarının kreditləşdirilməsinin maliyyələşdirilməsi üçün 1998, 2003 və 2006-cı illərdə üç kredit verib. Həmçinin 2006-cı ilin iyununda korporasiya AGBank-ın kapitalında 17,5 faizlik payı 1,470 milyon manata alıb.

Hazırda AGBank-ın iki xarici səhmdarı var. 2008-ci ilin mayında bankın səhmlərinin 10 faizi ABŞ-ın Kazimir Investment Caspian Fund şirkətinə 8,36 milyon manata satılıb. Səhmlərin nominal qiyməti 1,5 milyon dollar olub.

Yeni səhmdarın girişi nəticəsində bankın nizamnamə kapitalı 26,556 milyon manata qədər artıb. Hər səhmin nominal qiyməti 10 min manatdır.

Bankın əsas səhmdarları Çingiz Əsədullayev və Fərzulla Yusifov, həmçinin həmçinin BMK və Kazimir Caspian Fund Limited-dir. Bankın 13 filialı var.

İyulun 22-nə olan rəsmi məzənnə 0,8042 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti