...

Azərdəmiryolbank-ın kredit portfeli il ərzində təxminən 7% artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyul 2009 14:47 (UTC +04:00)
Azərdəmiryolbank-ın kredit portfeli il ərzində təxminən 7% artıb

Azərbaycan, Bakı, 29 iyul / Trend /

Azərdəmiryolbank-ın aktivləri 2009-cu il iyulun 1-nə 215,4 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq tarixindəki göstəricini 11,9 milyon manat və ya 5,9 faiz üstələyir. Bu barədə bankdan məlumat verilib. Bankın kredit portfelinin həcmi il ərzində 6,6 faiz, yaxud 10,4 milyon manat artaraq 163,5 milyon manat təşkil edib.

Azərdəmiryolbank-da təcili müştəri depozitləri 2009-cu il iyulun 1-nə 51,7 milyon manata çataraq, müvafiq göstərici ilə müqayisədə 27,6 faiz və ya 11,2 milyon manat artıb.

Əhalinin əmanətlərinin ümumi həcmi 51 milyon manata çatıb. Bununla da, göstərilən dövr ərzində bu göstəricinin artımı 31,3 faiz və ya 12,1 milyon manat olub. Bu da bankın uğurlu fəaliyyətinin daha bir göstəricisidir.

Cari ilin iyul ayının 1-nə Azərdəmiryolbank-ın ümumi kapitalı 39,7 milyon manat, nizamnamə kapitalı isə 13,4 milyon manata çatıb.

Ölkənin ilk banklarından biri olan Azərdəmiryolbank 1989-cu ildə təsis edilib. Bankın səhmdarları arasında Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiyanın Maliyyə İnkişaf Şirkəti (FMO) kimi beynəlxalq maliyyə təşkilatları var. Paytaxt Bakıda və regionlarda bankın 32 filial və şöbələri fəaliyyət göstərir. 

İyulun 29-na olan cari məzənnə 0,8042 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti