...

Azərbaycanda manat depozitləri üzrə orta dərəcə iyun ərzində artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyul 2009 14:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 iyul / Trend , müxbir N.İsmayılova / 

Manat depozitləri üzrə orta dərəcə 2009-cu il iyulun 1-də 11,45 faiz təşkil edib. İyunun 1-də bu göstərici 11,28 faiz, 2008-ci ilin iyulun əvvələrində 12,08 faiz təşkil edib. Bu barədə Azərbaycan Mərkəzi Bankının məlumatında deyilir.

Xarici valyutada depozitlərin orta dərəcəsi 10,56 və 9,63 faizə nisbətdə 10,77 faiz təşkil edib.

İyulun 1-də fiziki şəxslərin manat depozitlərinin orta dərəcəsi iyun 1-də olan 12,42 faizə və 2008-ci ilin iyulun 1-də olan 12,75 faizə nisbətdə 12,75 faiz təşkil edib. Fərdi müştərilərin xarici valyutada depozitlərinin orta dərəcəsi 12,31 faiz və 12,97 faizə nisbətdə 12,53 faiz təşkil edib.  

İyulun əvvələrində hüquqi şəxslərin manat depozitlərinin orta dərəcəsi 8,36 faiz təşkil edib. İyunun birində bu göstərici 8,67, 2008-ci ilin iyulun 1-də isə 10,50 faiz təşkil edib. Korporativ müştərilərin xarici valyutada depozitlərinin orta dərəcəsi 6,09 faizə və 5,11 faizə nisbətdə 6,19 faiz təşkil edib.

Xəbər lenti

Xəbər lenti