...

Sahibkarlığa Yardım Milli Fondu 2-3 il ərzində özünümaliyyə təşkilatına çevriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 İyul 2009 17:30 (UTC +04:00)
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Yardım Milli Fondu (SYMF) özünümaliyyələşməyə keçidin istitutsional hazırlığına başlayıb.

Azərbaycan, Bakı, 31 iyul / Trend , müxbir N.İsmayılova /

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Yardım Milli Fondu (SYMF) özünümaliyyələşməyə keçidin istitutsional hazırlığına başlayıb. Bu barədə cümə günü fondun icraçı direktoru Şirzad Abdullayev deyib.

"Biz institutsional hazırlığa başlayırıq. Hazırda fondun gələcəkdə qəbul edəcəyi maliyyələşmə modelinin seçilməsi istiqamətində tədqiqat aparılır. Eyni zamanda kadr potensialımız və maddi texniki bazamız da buna hazır olmalıdır", - Abdullayev deyib.

Onun sözlərinə görə, hazırda fond dünya maliyyə institutlarından investisiya cəlb edilməsi üzrə işi davam etdirir, 100 milyon dollarlıq kredit xəttinin ayrılması barədə Dünya Bankı ilə ilkin danışıqlar aparır, eləcə də qanunvericilik bazasının təkmilləşdirilməsini və maliyyə mənbələrinin potensialının müəyyənləşdirilməsini tələb edir.

"Güman edirik ki, yaxın iki-üç il ərzində dövlət mülkiyyətində olan fond özünümaliyyə təşkilatı ola biləcək", - Abdullayev deyib.

Onun sözlərinə görə, cari ilin sonunadək fondun ümumi kredit portfeli 380 milyon manat təşkil edəcək.

"500 milyon manatlıq aktivlər və kənar məndələrdən vəsait cəlb edilməsi ilə biz artıq müstəqil işləyə bilərik", - o deyib.

Fondun özünümaliyyəyə keçidi ilə əlaqədar olaraq, ölkə Prezidenti İlham Əliyevin təsdiq etdiyi "2008-ci il dövlət büdcəsi haqqında" qanunla fondun idarəetmə strukturunun təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması barədə tapşırıq verilib. Bu da SYMF-in gələcəkdə dövlət büdcəsindən maliyyələşməsinin dayandırılmasını ifadə edir. Artıq əvvəl verilmiş vəsaitin qaytarılmasına başlanılıb.

2009-cu ildə fondun xətti ilə 130 milyon manat güzəştli kreditin verilməsi planlaşdırılır. Bundan 74 milyon manatı büdcə vəsaitinin, 56 milyon manatı isə əvvəl verilmiş kredit resurslarının payına düşür.

İyulun 31-nə olan rəsmi məzənnə 0,8043 AZN/USD təşkil edir

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti