Azərbaycan, Bakı, 05 avqust / Trend /
Beynəlxalq Reytinq Agentliyi "Fitch Ratings" Azərbaycanın qeyri-bank kredit təşkilatı TBC Kreditin uzunmüddətli reytinqini "B" səviyyəsindən "B+"-a qədər qaldırıb. TBC Kreditin əsas səhmdarı Gürcüstanın aparıcı bankı olan TBC Bankdır.
Reytinqin artımı 2009-cu ilin ikinci rübü ərzində bankın mülkiyyətinin strukturundakı dəyişiklikləri əks etdirir və bunun nəticəsində bankda beynəlxalq maliyyə təşkilatlarının birgə payı 22%-dən 55%-ə qədər artıb.
Hazırda Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Beynəlxalq Maliyyə Korporasiyası (İFC) hər biri bankın 20% səhminə sahibdirlər, 11,5% DEG-ə (Deutsche İnvestitions und Entwicklungsgesellschaft) məxsusdur və 3,3% FMO-nun (Netherlands Development Finace Company) mülkiyyətindədir.
"B+" reytinqi və beynəlxalq maliyyə təşkilatları tərəfindən dəstək göstərilməsi həm TBC Bankın, eləcə də TBC Kreditin sabitliyinin göstəricisidir.
TBC Kredit qeyri-bank kredit təşkilatı Azərbaycanda 1999-cu ildən etibarən fəaliyyət göstərir. 2007-ci ilin sonuna qədər TBC Kreditin yeganə təsisçisi USA beynəlxalq kompaniyalar qrupuna daxil olan ShoreBank İnternational Ltd. olmuşdur. 2007-ci ilin dekabrında kompaniyanın 75%-nin Gürcüstanın aparıcı bankı TBC Bank tərəfindən alınması haqqında razılıq əldə olunub.
Avqustun 05-nə olan rəsmi məzənnə 0,8042 AZN/USD təşkil edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]