...

Azərbaycanda nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların və qeyri-bank kredit təşkilatlarının idarə edilməsi təkmilləşdirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Avqust 2009 20:01 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev cümə günü "Nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların və bank olmayan kredit təşkilatlarının idarə edilməsində dövlətin iştirak qaydası haqqında" Sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Sərəncamla nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan banklarda və bank olmayan kredit təşkilatlarında (bundan sonra kredit təşkilatı) həmin səhmlərin imkan verdiyi dərəcədə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş məsələlərin həll edilməsində dövlətin adından Maliyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsinə iştirak etmə hüququ həvalə edilib.

Maliyyə Nazirliyi kredit təşkilatının Müşahidə Şurasının və Audit Komitəsinin (Təftiş Komissiyasının) üzvlərinin seçə və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verə bilər.

Əmlak Məsələləri Dövlət Komitəsi Maliyyə Nazirliyinin təklifi əsasında kredit təşkilatının Nizamnaməsini təsdiq və nizamnamə kapitalının miqdarını müəyyən edə bilər.

Maliyyə Nazirliyinə nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan kredit təşkilatlarının səmərəli idarə edilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi və bu barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumatın verilməsi tapşırılıb.

Xəbər lenti

Xəbər lenti