...

Azərbaycan Almaniyaya əməkdaşlıq sahələrini genişləndirməyi təklif edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Avqust 2009 12:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 avqust / Trend , müxbir N. İsmayılova /

Azərbaycan və Almaniya istejhsalın yeni sahələrini əhatə edən əməkdaşlığı, eləcə də istifadə olunmamış mövcud potensialı genişləndirmək niyyətindədirlər. Bunu çərşənbə günü Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev X Azərbaycan-Almaniya iqtisadi forumun çıxışı zamanı deyib.     

"Azərbaycan və Almaniyanın sənaye, kənd təsərrüfatı, turizm, İT və səhiyyə sahələrində əlaqələrin inkiçafı üçün potensilaı var", - Mustafayev deyib.

Almaniyanın Baden-Vürtemberq federal torpağının baş naziri Günter Oettingerin sözlərinə görə, Almaniya da Azərbaycanla ərzaq məhsullarının emalı, maşınqayırma, nanotexnologiya kimi yeni sahələrdə əməkdaşlığın tşkilində maraqlıdır.   

Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abbasovun sözlərinə görə, forum çərçivəsində sahibkarlarla görüşdə istehsal, emal, kənd təsərrüfatı məhsullarının qablaşdırılması və satışı sahələrində əməkdaşlıq imkanları da müzakirə olunub. Beləki, Azərbaycan artıq kənd təsərrüfatı məhsullarına öz tələbatını ödəməyə qadirdir və ölkə gələcəkdə ixracatla məşğul olmaq niyyətindədir. Bu forum məhz bu perspektivlərə uyğun çərçivədədir.

"Bu gün Azərbaycanın kənd təsərrüfatı məhsulları Almaniyaya ixrac olunur. Onun əsas hissəsini emal məhsulları təşkil edir. Lakin hesab edirik ki, bunun həcmini geniçləndirmək lazımdır", - Abbasov deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti