...

Dəmir yolunun partladılması təhlükəsi səbəbindən Azərbaycan qatarlarının dayandırılan hərəkəti yaxın zamanda bərpa ediləcək - "Azərbaycan Dəmir Yolları"

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Avqust 2009 11:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 avqust / Trend , müxbir E.İsmayılov /

Yaxın zamanda Tümen-Bakı və Bakı-Tümen istiqamətindəki qatarların Rusiya ərazisində hərəkət xəttində partlayış təhlükəsi səbəbindən dayandırılan hərəkəti bərpa ediləcək, cümə günü "Azərbaycan Dəmir Yolları" QSC -dən bildirilib.

Rusiya KİV-nin məlumatına əsasən, hazırda bu ölkənin xüsusi xidmət orqanları Rostov-Bakı dəmir yolu magistralı sahəsində minalardan təmizləmə üzrə işlər həyata keçirir. Hazırda hər iki qatar Mahaçkala şəhəri yaxınlığındakı stansiyadadır.

İdarədən bildirildiyi kimi, qatarlar minalardan təmizləmə işlərinin keçirildiyi yerdən uzaqda, təhlükəsiz yerdədir. Bütün işlər başa çatdıqdan və qatarların təhlükəsizliyi təmin edildikdən sonra qatarlar öz hərəkətini davam etdirəcək.  

Məqalə müəlifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti