Azərbaycan, Bakı, 29 avqust / Trend /
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti KİV-də ölkəyə, ev heyvanlarının ölümcül xəstələnməsinə səbəb ola bilən keyfiyyətsiz preparatlar gətirilməsi, eləcə də ev heyvanlarının kütləvi tələfatı barədə yayılan məlumatları təkzib edir.
Dövlət Baytarlıq Xidmətindən şənbə günü yayılna məlumatda deyildiyi kimi, hazırda Azərbaycanda heyvandarlıq sahəsində müxtəlif ölkələrdən gətirilən dərman preparatları tətbiq edilir. Preparatlar yalnız özəl firmalarda dövlət qeydiyyatından keçdikdən sonra ixracına icazə verilir. Daha sonra ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən gətirilmiş bütün dərman preparatları baytarlıq apteklərində satılır.
Məlumatda deyildiyi kimi, 0,2 faiz mal-qara, 2-3 faiz quşun tələf omasının əsas səbəbi düzgün yemlənməmə, fermerlərin yetişdirmə qaydalarına riayət etməməsi və baytarlıq-sanitar tələblərin pozulmasıdır.
Respublikaya gətirildikdən sonra preparatlar Dövlət Baytarlıq Xidmətinin Preparatlara Elmi Nəzarət İnstitutu tərəfindən yoxlanılır, sənədlər və məhsul bütün lazımi tələblərə uyğun gəldikdə, preparatlar satışa buraxılır, məlumatda deyilir.