...

Türkmənistan Prezidenti fransalı inşaatçılardan "yüksək keyfiyyət" tələb edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Sentyabr 2009 14:42 (UTC +04:00)
Milli telekanal Altın Asır-ın bu gün yaydığı məlumata görə, Türkmənistan Prezidenti Qurbanqulu Berdımuhammədov görülən işlərdə "yüksək keyfiyyətin təmin edilməsi tələbi ilə" Fransa şirkəti "Buiq"ə bir sıra konkret qeyd və təkliflərini ünvanlayıb.
Türkmənistan Prezidenti fransalı inşaatçılardan "yüksək keyfiyyət" tələb edib

Türkmənistan, Aşqabad, 01 sentyabr / Trend , H.Həsənov /

Milli telekanal Altın Asır-ın bu gün yaydığı məlumata görə, Türkmənistan Prezidenti Qurbanqulu Berdımuhammədov görülən işlərdə "yüksək keyfiyyətin təmin edilməsi tələbi ilə" Fransa şirkəti "Buiq"ə bir sıra konkret qeyd və təkliflərini ünvanlayıb.

Berdımuhammədov şirkətin prezidenti Marten Buiqi qəbul edib. Görüşdə paytaxtın əsas avtomagistrallarından biri boyunca tikilən və dəyəri 270 milyon avro olan elit beşulduzlu"Oğuzkənd" mehmanxanasının inşası haqda danışılıb. 12 otağı prezident nömrələri olmaqla 300 otaq, konfrans zalı və vertolyot meydançası da nəzərdə tutulan bu mehmanxana 2009-cu ilin dekabrında istifadəyə verilməlidir.

"Ən yüksək dərəcəli qonaqların qəbulu və böyük beynəlxalq forumların keçirilməsi üçün nəzərdə tutulan bu mehmanxana son dərəcə müasir, unikal olmalı, həmçinin özündə müasir memarlığın nailiyyətlərini və milli memarlığın ənənələrini birləşdirməlidir", - Türkmənistan rəhbəri qeyd edib.

Buiq əmin edib ki, şirkət işinin Türkmənistanda irəli sürülən yüksək tələblərə cavab verməsi, eləcə də tikintinin vaxtında başa catdırılması üçün səylərini əsirgəməyəcək.

Xəbər lenti

Xəbər lenti