...

Azərbaycanın sığorta bazarının lideri kapitallaşdırılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Sentyabr 2009 18:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 sentyabr / Trend , müxbir Ü.İsmayılova /

Azərbaycanın dövlət sığorta şirkəti "AzerSigorta" ilin sonunadək nizamnamə kapitalını dörd milyon manata qədər çatdırmaq niyyətindədir. Bu barədə cümə günü şirkətin İdarə Heyətinin sədri Məmməd Məmmədov bildirib.

"Hazırda şirkətin nizamnamə kapitalı üç milyon manat təşkil edir", - Məmmədov bildirib.

Onun sözlərinə görə, kapital gəlirin həcmindən asılı olaraq ya 500 min manat, ya da bir milyon manat həcmində artırılacaq. Məhz gəlirin həcmi hesabına şirkətin kapitallaşdırılması həyata keçiriləcək.

Azərbaycanda 2009-cu ildən sığorta və təkrar sığorta şirkətləri kapitallaşdırmaya yönəlmiş gəlir vergisindən azad edilib. Hazırda ölkədə gəlir vergisi 22 faiz təşkil edir və 2010-cu ildən 20 faiz də azalacaq. Azərbaycanda 28 sığorta və bir təkrar sığorta şirkəti fəaliyyət göstərir.

Azərbaycanın dövlət sığorta şirkəti "AzerSigorta" 1992-ci ildə Sovet İttifaqının dağılmasından sonra keçmiş dövlət sığorta idarəetmə bazasında yaradılıb. Respublikanın bütün şəhər və rayonlarında 80 sığorta agentliyi mövcuddur. Şirkət sığortanın 10 icbari və 27 könüllü növü üzrə fəaliyyət göstərir. Şirkətin nizamnamə kapitalı üç milyon manat təşkil edir.

İlin birinci yarısının fəaliyyət yekunlarına əsasən, "AzerSigorta" ölkədəki bütün sığorta şirkətləri arasında liderlik edir. Haqlarının həcmi 5,56 milyon manat, ödəmələri isə 1,95 milyon manat təşkil edir.

Sentyabrın 04-nə olan rəsmi məzənnə 0,804 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti