...

Azərbaycanda mənfəətlə işləyən bankların sayı artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Sentyabr 2009 19:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 sentyabr / Trend , müxbir N.İsmayılova /

İyulda Azərbaycanda mənfəətlə işləyən bankların sayı 39 olub. Bu rəqəm ötən ilin analoji ayı ilə müqayisədə 4 bank çoxdur. Ötən ay isə onların sayı dəyişməz qalıb. Bu barədə cümə axşamı Azərbaycan Mərkəzi Bankından verilən məlumatda deyilir.

Bank sistemində ümumi mənfəət 2008-ci il avqustun 1-nə görə 34,4 faiz artaraq, 162,1 milyon manat təşkil edib. İyulda mənfəətin ümumi həcmi 10,9 faiz artıb.

Zərərlə işləyən bankların sayı iyunda dəyişməz qalıb. ilin əvvəlinə isə onların sayı bir bank artıb. Nəticədə 7 bankın zərəri 8,91 milyon manat təşkil edib ki, bu da ötən il avqustun 1-nə olan göstəricidən 40,4 faiz azdır.

Bankların fəaliyyətinin maliyyə nəticələri (vergilərin ödənilməsindən sonra) (milyon manatla):

Dövrlər

Mənfəətlə işləyən bankların sayı

Bank sisteminin ümumi mənfəəti (mənfəətli banklar üzrə)

Zərərlə işləyən bankların sayı

Bank sisteminin ümumi zərəri (Zərərlə işləyən banklar üzrə)

Bankların aldığı yekun mənfəət (+) və ya zərər (-)

01-08-2007

35

83,23

8

6,12

77,11

01-08-2008

35

135,54

9

14,96

120,58

01-08-2009

39

171,01

7

8,91

162,1

Sentyabrın 10-na olan rəsmi məzənnə 0,8034 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti