...

Azərbaycanda sənaye istehsalı təxminən 4 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Sentyabr 2009 16:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 sentyabr / Trend , müxbir İ.Xəlilova /

2009-cu ilin yanvar-avqust aylarında Azərbaycanda sənaye istehsalının (məhsul istehsal edilib və sənaye xarakterli xidmət göstərilib) həcmi 13 576,7 milyon manat təşkil edib. Bu da ötən ilin müvafiq dövründəki göstəricidən 3,9 faiz çoxdur. Bu barədə çərşənbə axşamı Dövlət Statistika Komitəsindən məlumat verilib.

Hesabat dövrü ərzində hasilat sənayesində artım tempi 6,3 faiz səviyyəsində olub, ümumi istehsalda isə 73,8 faizlik xüsusi çəki ilə 10 021,2 milyon manat təşkil edib. Lakin emaledici sənayedə 6,8 faiz azalma müşahidə olunub və 2775 milyon manat (20,4 faiz) təşkil edib. Elektrik enerjisi, qaz və su sektoruna isə 7,1 faizlik azalma ilə 780,5 milyon manat düşür.

Neftçıxarmada istehsal artımı 6,3 faiz, qazçıxarmada isə 0,6 faiz təşkil edib. Neft emalında istehsal həcmi 9,5 faiz azalıb.

Hesabat dövrü ərzində nəqliyyat avadanlıqlarının istehsalında 12,3 faiz artım müşahidə olunub. Ərzaq məhsullarının istehsalında (spirtli və tütün məhsulları daxil olmaqla) 1,5 faiz, sellüloz-kağız istehsalı və mətbəə işləri sahəsində 2,5 dəfədən çox artım qeydə alınıb.

Səkkiz ay ərzində qeyri-dövlət sektorunun payı ümumi sənaye istehsalının 79,2 faizini (10 756,9 milyon manat) təşkil edib. Qeyri-dövlət sektorunda artım 7,3 faiz səviyyəsində olub, dövlət səanyesində isə 7,3 faiz səviyyəsində azalma olub.

Sentyabrın 15-nə olan cari məzənnə 0,8034 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti