...

Almaniyanın Metrologiya İnstitutunun ekspertləri Azərbaycan mütəxəssisləri üçün seminar keçiriblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Sentyabr 2009 14:40 (UTC +04:00)
Almaniyanın Metrologiya İnstitutunun ekspertləri Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Avropa İttifaqının tvininq layihəsi çərçivəsində beynəlxalq ISO/İEC 17025:2005 standartlarının tətbiqi mövzusunda seminar keçiriblər. Bu barədə Dövlət Komitəsinin çərşənbə günü yayılmış məlumatında deyilir.
Almaniyanın Metrologiya İnstitutunun ekspertləri Azərbaycan mütəxəssisləri üçün seminar keçiriblər

Azərbaycan, Bakı, 16 sentyabr / Trend , müxbir Ü.İsmayılova /

Almaniyanın Metrologiya İnstitutunun ekspertləri Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Avropa İttifaqının tvininq layihəsi çərçivəsində beynəlxalq ISO/İEC 17025:2005 standartlarının tətbiqi mövzusunda seminar keçiriblər. Bu barədə Dövlət Komitəsinin çərşənbə günü yayılmış məlumatında deyilir.

Seminarın əsas mövzuları ISO 17000 seriyalı standartların konsepsiyası, idarəetmə sisteminin tələbləri, sənədlərin yoxlanması, daxili audit, texniki tələblər, kalibrasiya prosesi və digərləri olub.

Seminar çərçivəsində eyni zamanda laboratoriya sınaqlarının və kalibrasiyanın akreditasiyası tələbləri barədə məruzə dinlənilib.

Seminarın başa çatmasından sonra iştirakçılara sertifikatlar verilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti