...

Bu il Azərbaycan ərazisindən beş milyon ton Qazaxıstan nefti keçəcək - ARDNŞ prezidentinin məsləhətçisi

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Oktyabr 2009 15:36 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin proqnozlarına görə, 2009-cu ildə Azərbaycan ərazisindən tranzit yolu ilə 5 milyon ton Qazaxstan nefti keçəcək. Bu barədə ARDNŞ prezidentinin məsləhətçisi Murad Heydərov cümə axşamı KazTAQ agentliyinə verdiyi müsahibəsində bildirib.
Bu il Azərbaycan ərazisindən beş milyon ton Qazaxıstan nefti keçəcək - ARDNŞ prezidentinin məsləhətçisi

Azərbaycan, Bakı, 08 oktyabr / Trend /

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) proqnozlarına görə, 2009-cu ildə Azərbaycan ərazisindən tranzit yolu ilə 5 milyon ton Qazaxstan nefti keçəcək. Bu barədə ARDNŞ prezidentinin məsləhətçisi Murad Heydərov cümə axşamı KazTAQ agentliyinə verdiyi müsahibəsində bildirib.

"Azərbaycandan tranzit yolu ilə 2,7 milyon ton Qazaxstan nefti nəql olunub ki, onun da 300 min tondan çoxu "Tengiz" yatağından çıxarılıb və "Bakı-Tbilisi-Ceyhan" (BTC) boru kəməri vasitəsilə nəql olunub", - Heydərov 17-ci beynəlxalq "Neft və qaz" konfransında deyib.

"Biz bu il bu göstəricini beş milyon tona qədər artırmağı planlaşdırırıq. Transxəzər layihəsinin reallaşması isə özünün başlanğıc mərhələsindədir", - o deyib.

O qeyd edib ki, Transxəzər layihəsi 2013-cü ildə işə salınacaq. İlk mərhələdə ildə 23 milyon neftin nəqli nəzərdə tutulur.

ARDNŞ prezidentinin məsləhətçisinin verdiyi məlumata əsasən, yanvar-sentyabr aylarında BTC vasitəsilə nəql olunan Qazaxıstan neftinin həcmi 1,34 milyon ton, dəmiryol xətti ilə nəql olunan neftin həcmi isə 2,3 milyon ton təşkil edib.

Xəbər lenti

Xəbər lenti