...

Azərbaycanda iqtisadi artım 2010-cu ildə 7 faizi ötəcək - AYİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Oktyabr 2009 19:46 (UTC +04:00)
Azərbaycanda iqtisadi artım 2010-cu ildə 7,1 faiz səviyyəsində gözlənilir, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) məlumatında deyilir.
Azərbaycanda iqtisadi artım 2010-cu ildə 7 faizi ötəcək - AYİB

Azərbaycan, Bakı, 15 oktyabr / Trend /

Azərbaycanda iqtisadi artım 2010-cu ildə 7,1 faiz səviyyəsində gözlənilir, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) məlumatında deyilir.

Bankın baş iqtisadçısı Anita Tasanın sözlərinə əsasən, gözlənilən iqtisadi inkişafın göstəriciləri neftin ixracına olan tələbatın və dünya qiymətlərinin artması ilə izah olunur.

Bankın ekspertlərinin sözlərinə əsasən, Mərkəzi və Şərqi Avropa ölkələrinin iqtisadiyyatında 2009-cu ilin birinci yarısında istehsal həcminin kəskin azalmasından sonra 6,3 faizlik artım gözlənilir.

AYİB hesab edir ki, Azərbaycan, Monqolustan, Türkmənistan və Özbəkistanın maliyyə sistemləri böhranın təsirinə az məruz qalıb.

Xəbər lenti

Xəbər lenti