...

Azərbaycanın iri lizinq şirkəti il ərzində portfelini 5 milyon manat artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Oktyabr 2009 16:34 (UTC +04:00)
Azərbaycanın iri lizinq şirkəti Joint Leasing-in lizinq portfelinin həcmi oktyabrın 1-də 36 milyon manata çatıb ki, bu da ötən ilin analoji dövründəki göstəricidən 5 milyon çoxdur.
Azərbaycanın iri lizinq şirkəti il ərzində portfelini 5 milyon manat artırıb

Azərbaycan, Bakı, 23 oktyabr / Trend , müxbir Ü.İsmayılova/

Azərbaycanın iri lizinq şirkəti Joint Leasing-in lizinq portfelinin həcmi oktyabrın 1-də 36 milyon manata çatıb ki, bu da ötən ilin analoji dövründəki göstəricidən 5 milyon çoxdur. Bu barədə şirkətin cümə günü yaydığı məlumatda deyilir.

Hesabat dövrü ərzində şirkət lizinqə 74 milyon manat həcmində avadanlıq verib, bu isə 2008-ci ilin analoji dövründəki göstəricidən iki milyon manat çoxdur.

Biznes xarekterli lizinq əməliyyatlarının payına lizinq portfelinin 96 faizi və ya 34 milyon manat düşüb. Portfelin qalan hissəsi istehlakçı xarakterli lizinq əməliyyatlarının, o cümlədən daşınmaz əmlak və minik avtomobillərinin alınması üzrə maliyyələşdirilmənin payına düşüb.

Biznes xarakterli layihələrin maliyyələşdirilməsi ölkənin müxtəlif sektorları üzrə geniş diversifikasiya olunub. Tikinti sektorunun payına 10,5 milyon manat (29 faiz), nəqliyyat sektorunun payına isə 9,8 milyon manat (27 faiz) düşüb.

Joint Leasing şirkəti istehsal maliyyələşdirilməsinə xüsusi diqqət ayırır. Hesabat dövrü ərzində istehsal layihələrinə 8,5 milyon manat yatırılıb ki, bu da portfelin 23 faizini təşkil edir. Biznes maliyyələşdirilməsinin qalan hissəsini mədən sənayesi və ticarət sahəsi əhatə edib.

Joint Leasing doqquz ay ərzində Azərbaycan iqtisadiyyatına iki milyon manatdan çox pul yatırıb. Oktyabrın 1-də şirkətin lizinq sazişlərinin sayı 239 olub. Şirkətin nizamnamə kapitalı 43 milyon manatı keçib.

Azərbaycanın iri lizinq şirkəti olan Joint Leasing Company 2007-ci ilin 14 iyun tarixindən etibarən "Azərlizinq" şirkətinin hüquqi varisi kimi fəaliyyət göstərməyə başlayıb. Şirkətin təsisçiləri Böyük Britaniyanın "DH Leasing LTD" şirkəti (52,4%) və Azərbaycan Beynəlxalq Bankıdır (47,6%). Şirkətin nizamnamə kapitalı hazırda 700 min manat təşkil edir. Azərbaycanın ilk lizinq şirkəti "Azərlizing" MM 1999-cu ildə yaradılıb.

Oktyabrın 23-nə olan rəsmi məzənnə 0,8031 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti