...

Azərbaycanda "quş qripi" ilə bağlı növbəti monitorinq başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Noyabr 2009 17:41 (UTC +04:00)
Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Xidməti noyabrın 16-dan etibarən köçəri quşların miqrasiyasını nəzərə alaraq "quş qripi"nin mövcudluğunu yoxlamaq üçün monitorinqlərə başlayacaq.
Azərbaycanda "quş qripi" ilə bağlı növbəti monitorinq başlayır

Azərbaycan, Bakı, 13 noyabr / Trend , müxbir Ü.İsmayılova/

Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Xidməti noyabrın 16-dan etibarən köçəri quşların miqrasiyasını nəzərə alaraq "quş qripi"nin mövcudluğunu yoxlamaq üçün monitorinqlərə başlayacaq. Bu barədə Xidmətin cümə günü yayılmış məlumatında deyilir.

Monitorinq Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Xidməti, Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, o cümlədən Ovçular Cəmiyyətinin birgə əməkdaşlığı ilə keçiriləcək.

Yoxlama tədbirləri köçəri quşların müvəqqəti yaşadıqları ərazilərdə - Abşeron yarımadasında, Dəvəçi, Salyan, Ağcabədi və Lənkəran rayonlarında, həmçinin dövlət park və qoruqlarında, sahilboyu ərazilərdə və digər müvafiq ərazilərdə aparılacaq.

Monitorinq çərçivəsində laboratoriya analizinin keçirilməsi üçün quşlardan və özəl təsərrüfatlardan nümunələr götürüləcək.

Keçirilmiş analizin nəticələri noyabrın 27-də elan ediləcək.

Həmçinin məlumatda deyilib ki, hazırda "quş qripi" ilə əlaqədar epizootik vəziyyət stabildir.

Məqalə müəllifi ilə əlaqə envanı: [email protected]

Xəbər lenti

Xəbər lenti