...

Bakıda məcburi eniş edən təyyarə Əfqanıstana çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Noyabr 2009 14:24 (UTC +04:00)
Silk way Airlines (Silk way cargo) şirkətinə məxsus Bakı-Bəhram reysi ilə uçan və bir gün əvvəl qəza şəraiti səbəbindən Bakıda məcburi eniş edən təyyarə təyin olunan mənqəyə çatıb, bu barədə çərşənbə axşamı Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasından bildirilib.
Bakıda məcburi eniş edən təyyarə Əfqanıstana çatıb

Azərbaycan, Bakı, 17 noyabr / Trend , müxbir E.İsmayılov /

Silk way Airlines (Silk way cargo) şirkətinə məxsus Bakı-Bəhram reysi ilə uçan və bir gün əvvəl qəza şəraiti səbəbindən Bakıda məcburi eniş edən təyyarə təyin olunan mənqəyə çatıb, bu barədə çərşənbə axşamı Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasından bildirilib.

Administrasiyadan bildirildiyi kimi, qəza şəraitinin səbəbi təyyarənin şassilərinin birində yaranmış nasazlıq olub. "Problem şassini saxlayan yayla əlaqədar idi. Bu kiçik problem idi, sözügedən nasazlıq ilə uçmaq olardı, lakin bu zaman yanacaq sərfi çox olduğundan təyyarə Bakıda məcburi eniş etdi", - administrasiyadan bildirilib.

Enişdən sonra nasazlıq aradan qaldırılıb və korlanmış hissə dəyişdirilib, aprobasiya keçirilib, bundan sonra isə təyyarə təyin olunmuş istiqamətdə uçuşunu davam etdirib.

Fövqəladə Hallar Nazirliyinin məlumatında deyildiyi kimi, təyyrənin göyərtəsində 9 heyət üzvü olub. Təyyarə saat 19:32-də Bakıda məcburi eniş edib, xəsarət alan olmayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti