...

Texnikabank-ın aktivləri 9%-dən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Noyabr 2009 14:54 (UTC +04:00)
Texnika bank ASC-nin kredit portfelinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 14% artıb. 2009-cu il noyabrın 1-nə olan vəziyyətə görə 344,6 milyon manat təşkil edib, bankdan çərçənbə günü yayılan məlumatda deyilir.
Texnikabank-ın aktivləri 9%-dən çox artıb

Azərbaycan, Bakı, 18 noyabr / Trend /

Texnika bank ASC-nin kredit portfelinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 14% artıb. 2009-cu il noyabrın 1-nə olan vəziyyətə görə 344,6 milyon manat təşkil edib, bankdan çərçənbə günü yayılan məlumatda deyilir.

2009-cu ilin əvvəli ilə müqayisədə isə qeyd olunan göstərici üzrə artım 5% olub. Hesabat dövrünün sonuna bankın istehlak kreditləri portfelinin həcmi 46,3 mln. manat təşkil edib.

Bankın cəlb etdiyi depozitlərin ümumi həcmi 153,1 mln. manat təşkil edib. Yalnız oktyabr ayı ərzində bu göstərici üzrə artım 2,5% və ya 3,8 mln. manat olub. Hesabat dövrünün sonuna fiziki şəxslərin bankda yerləşdirdikləri depozitlərin ümumi həcmi 102,2 mln. manat, o cümlədən müddətli depozitlərin həcmi 83,3 mln. manat olub. 2009-cu ilin əvvəli ilə müqayisədə əhalinin bankda yerləşdirdikləri müddətli depozitlərin həcmi 5,8% artıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə Texnikabank-ın aktivlərinin həcmi 9,1% artaraq, 1 noyabr 2009-cu il tarixinə 447,6 mln. manat səviyyəsinə çatıb. Hesabat dövrünün sonuna bankın aktivlərinin gəlirliyi 2,16% təşkil edib.

Cari ilin 10 ayının yekunu üzrə bankın məcmu kapitalı 57,9 mln. manat təşkil etmişdir ki, bu da ilin əvvəli ilə müqayisədə 12,2% çoxdur. Bankın Nizamnamə kapitalının həcmi isə 41,7 mln. manat səviyyəsində saxlanılmışdır. Hesabat dövrü ərzində bankın kapitalının gəlirliyi 17,7% səviyyəsinə qalxıb.

Bankın ümumi gəlirləri cari ilin oktyabr ayı ərzində 10,4% və ya 5,1 mln. manat artaraq, hesabat dövrünün sonuna 54,5 mln. manat səviyyəsinə çatıb. O cümlədən, faiz gəlirləri - 45,1 mln. manat, qeyri-faiz gəlirləri isə 9,4 mln. manat olub. Hesabat dövrünün sonuna bankın xalis mənfəəti 9,7 mln. manat təşkil edib.

Bankın emissiya etdiyi plastik kartların sayı hesabat dövrünün sonuna 43,8 min ədəd olub. Hesabat dövrünün sonuna plastik kart sahiblərinin istifadəsinə verilmiş bankomatların sayı 58, POS-terminalların sayı isə 343 ədədə çatıb.

1993-cü ildə təsis olunmuş Texnikabank ASC hazırda ölkənin bank sektorunda əsas göstəricilərinə görə ilk beşlikdə qərarlaşıb. Texnikabank ASC 35 filialı və 5 şöbəsi ilə Bakı şəhəri və respublikanın regionlarında hüquqi və fiziki şəxslərə bütün növ bank xidmətlərini təklif edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti