...

Dünya Bankı Azərbaycanda kənd təsərrüfatı layihəsini nəzərdən keçirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Dekabr 2009 16:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 dekabr / Trend , müxbir İ.Xəlilova/

"Azərbaycan kənd investisiyaları" (AzRIP) layihəsinin reallaşdırılmasına baxış üçün sosial inkişaf üzrə mütəxəssis Satoşi İşixaranın rəhbərliyi ilə Dünya Bankının (DB) missiyası Bakıdadır. Bu barədə cümə günü bankın Bakı nümayəndəliyindən bildirilib. Missiya öz işini dekabrın 9-dək davam etdirəcək.

DB Azərbaycana əlavə 15 milyon dollar vəsait təqdim edib, Azərbaycan hökumətinin hissəsi isə 9 milyon dollar təşkil edir. Kredit müqaviləsi 2009-cu ilin aprelində imzalanıb.

Əlavə vəsait 2005-ci ildən 24 rayonda həyata keçirilən layihənin tutduğu ərazinin genişlənməsi ilə əlaqədar təqdim olunub, müvafiq olaraq onun müddəti 3 il uzadılıb. Layihənin başa çatması 2012-ci ilin martına nəzərdə tutulub.

Əlavə maliyyələşdirmə hesabına kənd təsərrüfatı cəmiyyətində 350 infrastruktur layihənin reallaşdırılmasına qrantlar verilməsi planlaşdırılır. Bununla da min nəfərə yaxın əhalisi olan kənd yerlərinə 22 min dollar verilə bilər. Şimal regionunda mərkəz Şəki, şimal-qərbdə isə Gəncə seçilib.

Hazırda əvvəlcədən maliyyələşdirilmiş layihələrin reallaşdırılması davam etdirilir, belə ki, hökumətin əlavə maliyyələşdirmə üçün müraciəti ilə əlaqədar olaraq DB-nin kredit resurslarından istifadə başa çatıb.

AzRIP layihəsinin həyata keçirilməsinə dair kredit müqaviləsi 2004-cü il sentyabrın 23-də imzalanıb və 2004-cü il dekabrın 29-da qüvvəyə minib. Layihənin ümumi dəyəri 21,1 milyon dollar təşkil edir ki, bunun da 15 milyon dolları Beynəlxalq İnkişaf Assosiasiyasının, 3,3 milyon dolları Yaponiya hökumətinin qrantının payına, qalan hissəsi isə hökumətin payına (1,250 milyon dollar) düşür. 300-400 icma layihəsini əhatə etməli olan layihənin 2009-cu ilin mart ayınadək başa çatması nəzərdə tutulurdu. AzRIP layihəsi ilkin olaraq Naxçıvan MR, Şirvan və Muğan-Salyan regionlarının 21 rayonunu əhatə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti